Slimfit
  1. AVTO VƏ MOTO

Tıxac avtomobilinizə hansı zərəri vurur?

Tıxac avtomobilinizə hansı zərəri vurur?
Sakura

Tıxac avtomobilinizə hansı zərəri vurur?

Yayın istisi təkcə insanlar deyil, texnika üçün də ağırdır. Havanın yüksək temperaturu komponentlərin və aqreqatların işinə təsir göstərir. Bu mənfi təsir maşının saatlarla tıxacda “sürünmə” rejimində hərəkət etməsi ilə dəfələrlə güclənir.

Ens.az bildirir ki, isti havada tıxaclar avtomobillər üçün bir neçə səbəbdən təhlükəlidir. Yavaş hərəkət zamanı başlanğıcda çox vaxt üç min dövrlə hərəkət edir və sonra bir dəqiqə belə ara vermədən boş yerə işləyir. Sürətlənmə, növbəti dayanma və tormozlama komponentləri yükləyir,  lazımsız aşınmaya və onun resursunun azalmasına gətirib çıxarır. Tıxacda tez-tez sürmək mühərrik saatlarının artmasına, mühərrik və mufta paketinin hesablanmış resursunun azalmasına səbəb olur. Şəhərlərdə belə ekstemal istismardan bir neçə il sonra avtomobillər az yürüş olsa belə “dağılırlar”. Avtomobilin texniki hissəsində hansı proseslər gedir?

Benzin boruya uçur

Yürüşlə bağlı olmayan faydasız yanacaq sərfiyyatı gedir. Mühərrik benzin yandırır, enerji sərf edir və onu istiliyə çevirir ki, bu da atmosferə atılır. Məsələn: 1,6 litrlik avmosfer motorlu avtomobil boş yerə yürüşü zamanı bir saatda təxminən yarım litr istifadə edir. Şəhərdə gedərkən təxminən 9 litr. Uzun müddətli tıxacda “start-stop” rejimində bir saatda 15-16 litr tələb edə bilər. Bütün bunlar artıq enerji istiliyə çevrilir və avtomobili qızdırır. Amma tıxaclarda digər mənfi proseslər də başlaya bilər.

Mühərrik boğulur

Tıxaclarda yanacağın silindrlərdə yanması üçün mənfi şərait yaranır. Yüzlərlə avtomobil havadan oksigeni udur. Nəticədə qarışıq oksidləşdirici ilə tam təmin edilmir və yanacağın silindrlərdə keyfiyyətsiz və natamam yanması baş verir. Bundan da yanma kameralarının daxili səthində ərp yaranır. Bundan başqa, boş dövrlərdə oksigen çatışmazlığı olduqda zərərli azot oksidləri və insan sağlamlığı üçün təhlükəli olan digər zərərli qazlar formalaşır. Buna görə də, tıxacda ətrafdakı havanın yüksək temperaturu zamanı mühərrikin boş yerə işləməsi maşının istismarı şəraiti baxımından ən pis variantdır.

Katalizator qızmır

Boş dövrlərdə katalizator yaxşı qızmır, buna görə də o, zərərli qazları səmərəli şəkildə yandırmır. Tükədilmiş qarışıq zamanı qeyri-düzgün yanma səbəbindən kanserogen xassəli pis maddələr formalaşır. Nəticədə işlənmiş qazlar ekoloji cəhətdən pis qalır. Avtomobil ətrafı zəhərləyir. Katalizatoru qızdırmaq üçün yaxşı sürətlənmə ilə bir neçə yüz metr getmək lazımdır. Tıxacda isə bu, mümkün deyil.

Motoresurs azalır

İşlək mühərriklə uzun müddətli dayanmalar, həmçinin qısa müddətli başlanma və tormozlama zamanı güc aqreqatının motoresursu azalır. Məsələn: avtomobil tıxacda 3 saat ərzində 20 km məsafə qət edir, motoresurs isə elə azalır ki, elə bil o, 300km gedib. Eyni zamanda tıxaclarda sürünən addımlarla tez-tez hərəkət texniki xidmət intervalının qısaldılmasını tələb edir. Əgər adi avtomobil texniki xidmətdən 15 min km-dən sonra keçirsə, tıxaclarda sürülənlər 7000 km məsafədən bir texniki xidmətdən keçməlidir. 

Minimum soyutma

Sürünən yerişlə hərəkət zamanı avtomobilin köməkçi sistemləri minimum güclə işləyir. Soyutma sisteminin pompası mühərrik valının ötürücüsünə malikdir. Onun kəməri mühərrikin çıxış valı ilə birbaşa bağlıdır və əgər mühərrik minimum sürətlə fırlanarsa, bu zaman pompa antifrizi mümküm minimum dövran səviyyəsində çıxarır. Əgər mühərrikin sürəti aşağı olarsa, bu zaman pompanın səmərəliliyi düşür.

Yağ nasosu sürtgü yağını mühərrikdən isti havada tıxacda ekstremal hərəkət şəraitində tələb olunan sürətlə qovmur. Boş yerə işləyən nasosun aşağı nəql qabiliyyəti səbəbindən işlək detallarda müqavimət buxarının sürtünməsi optimal olmur. Bununla yanaşı, yağın özü motor qızmasından maye halına çevrilir. Bəzən yağ lenti deşilir, lokal aşınma meydana gəlir və xüsusilə çox yürüşü olan avtomobillərdə porşen halqaları və qapaqların səthində yağın kokslaşması üçün ideal şərait formalaşır. 

Elektrik enerjisi azalır

Tıxaclarda generator çox pis işləyir. Hesab edilir ki, avtomobil batareyanı boş yerə işləyərkən deyil, yolda yüksək sürətlə hərəkət zamanı doldurur. Buna görə də, şarj azala bilər ki, bu da köhnəlmiş batareyalara pis təsir göstərir.

Ümumiyyətlə, yol tıxaclarında uzun müddətli səfərlər bahalı təmir tələb edən gözlənilməz sınıqlara çevrilə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR