Dərc edildi: Baxış sayı: 394
Titullu karateçi: "Lisenziyam ləğv olunmayıb"
"Tokio-2020 Yay Olimpiya Oyunlarına qazandığım lisenziya ləğv olunmayıb. Sadəcə demişdilər ki, lisenziya xarakterli yarışlar dayanıb".
Ens.az xəbər verir ki,bu fikirləri “Report”un “Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin karateçisi Rafael Ağayev deyib.
35 yaşlı titullu idmançı bildirib ki, hər idman növündə lisenziya tam başqadır: "Olimpiya reytinqində ilk 5 idmançı lisenziya əldə etdi. Mən ilk "3-lük"də idim. Düzdür, pandemiyaya görə dəyişiklik oldu. Çünki 2 yarış təxirə salındı. Şükürlər olsun ki, xalım çox olduğundan, yarışlarda iştirak etməsəm belə, 5-ci yerdəki idmançı məni keçə bilməz".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət