Dərc edildi: Baxış sayı: 298
"Titanik" gəmisinin batdığı yerə bilet satışı davam edir
ABŞ-ın özəl “OceanGate Expeditions” şirkəti tərəfindən “Titanik” gəmisinin batdığı əraziyə turlar davam etdirilir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, hazırda 2024-cü ildə iki ekspedisiya üzrə bilet əldə etmək mümkündür - 12-20 iyun və 21-29 iyun.
Qeyd edək ki, iyunun 19-da "Titanik"in qalıqlarının olduğu əraziyə eniş zamanı “Titan” sualtı gəmisi ilə əlaqənin kəsildiyi məlum olub. Üç gün sonra ABŞ-ın sahil mühafizəsi batiskafın qalıqlarının aşkar edildiyini elan edib. Daha sonra departament gəmidə olan bütün ekipaj üzvlərinin və sərnişinlərin həlak olması ilə bağlı məlumatı təsdiqləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət