Dərc edildi: Baxış sayı: 425
"TikTok"un Amerika seqmenti üçün qiyməti açıqlandı
Çin şirkəti "ByteDance" "TikTok"un Amerika seqmenti üçün təxminən 30 milyard dollar tələb edir.
Ens.az "Report" a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilir ki, sosial şəbəkənin bir hissəsinin potensial alıcıları hələ də yuxarıdakı qiyməti çox yüksək hesab edirlər.
"ByteDance" əsas iddiaçısını seçməyi, onunla danışıqlar aparmağı və müqaviləni bağlamağı planlaşdırır.
Çin şirkəti bütün bunları gələn həftənin əvvəlində edəcəyini gözləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət