Slimfit
  1. İQTİSADİYYAT

Tikinti şirkətləri sadələşdirilmiş vergi ödəyiciliyindən çıxır – mənzillərin qiyməti məsələsi gündəmdə…

Tikinti şirkətləri sadələşdirilmiş vergi ödəyiciliyindən çıxır – mənzillərin qiyməti məsələsi gündəmdə…
Sakura

Tikinti şirkətləri sadələşdirilmiş vergi ödəyiciliyindən çıxır – mənzillərin qiyməti məsələsi gündəmdə…

Rəşad Həsənov: “Belə olan halda, şirkətlər məcbur olaraq uçotu daha da dəqiqləşdirəcəklər”

 Məlum olduğu kimi, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda bina tikintisi fəaliyyətinin vegiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə bəzi dəyişikliklər edilib.

Vergilər Nazirliyinin yaydığı məluatda qeyd olunurdu ki, 1 yanvar 2020-ci il tarixdən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur.

Maraqlıdır, bu qərar tikinti sektoruna və daşınmaz əmlak bazarında satış qiymətinə necə təsir edəcək?

“…şirkətlərin öz xərclərini sübut etməsi zərurəti yaradır”

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, bu qərar gizli iqtisadiyyatın əhatə dairəsini kiçildəcək: "Ötən ilin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ var idi. Ümumiyyətlə, sadələşdirilmiş vergi növünün əhatə dairəsinin azaldılması istiqamətində son iki ildə müəyyən addımlar atılır. 2018-ci ilin dekabr ayında Vergi Məcəlləsinə dəyişiklik edilərkən bu istiqamətdə ciddi addımlar atılıb. Hazırda bir sıra fəaliyyət istiqamətləri üzrə sadələşdirilmiş vergi növü ləğv edilib. 2019-cu ildə məcəlləyə dəyişiklik edilən zaman sadələşdirilmiş vergi növünün azaldılması əsas hədəflərdən biri idi. İqtisadiyyatın əhəmiyyətli sahələrindən biri olan tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin artıq sadələşdirilmiş vergi hüququ ləğv edilib. Qeyd edim ki, hansı sferada fəaliyyət göstərməsindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyiciləri dəyər zəncirinin digər halqalarından əldə etdikləri mal və xidmətlərin sənədlərini toplamaq və aidiyyəti qurumlara təqdim etmək məcburiyyətində deyil. Çünki bu şirkətlər müxtəlif formada sadələşdirilmiş vergi ödəyirlər. Məsələn, bəziləri dövriyyənin müəyyən faizi qədər vergi ödəyir ki, onların mal və xidmətlərin uçotunun aparılmasına ehtiyac olmur. Bəziləri isə, ümumiyyətlə, heç bir göstəriciyə görə deyil, sadəcə olaraq aylıq müəyyən məbləğdə vergi ödəyirlər. Tikinti şirkətləri də tikinti sahəsinə uyğun olaraq vergi ödəyirdilər. Belə olduğu təqdirdə şirkətlər aralıq istehlakın uçotunu aparmaqda maraqlı olmurlar. Bu isə, öz növbəsində, illeqal və gizli iqtisadiyyatın formalaşmasına gətirib çıxarır. Tikinti şirkətlərinin bu hüququnun ləğv edilməsi, yəni onların bundan sonrakı dövrdə əlavə dəyər vergisi ödəyicisi olması şirkətlərin öz xərclərini sübut etməsi zərurəti yaradır. Əks halda, onların dövriyyələri gəlirləri kimi görünəcək. Bu da şirkətlərin mənfəət və digər xərclərinin ciddi şəkildə artmasına gətirib çıxaracaq. Belə olan halda, şirkətlər məcbur olaraq uçotu daha da dəqiqləşdirəcəklər. Uçotun dəqiqləşdirilməsi isə dəyər zəncirinin digər halqalarında sahibkarlıq fəaliyyəti göstərən subyektlərin öz fəaliyyətini leqallaşdırmasına gətirib çıxaracaq. Beləliklə, gizli iqtisadiyyatın əhatə dairəsi müəyyən qədər kiçiləcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR