Slimfit
  1. CƏMİYYƏT

Tikinti şirkəti 20 min manat cərimə edilib

Tikinti şirkəti 20 min manat cərimə edilib
Sakura

Tikinti şirkəti 20 min manat cərimə edilib

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Ailə Park” MMC barədə inzibati protokol tərtib edib.

"Report"un xəbərinə görə, Nərimanov Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, “Ailə Park” Bakıda hündürmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR