Dərc edildi: Baxış sayı: 730
Ticarət "müharibələri" BMW-ni vurdu!
Almaniyanın avtomobil nəhəngi BMW, yeni gömrük vergilərindən qaynaqlanan xərclərlə görə ABŞ-da istehsal etdiyi və Çində satdığı X5 və X6-nın qiymətlərini artıracağını açıqlayıb.
"Marja" xəbər verir ki, yeni qiymətlərin Bazar ertəsi günündən etibarən etibarlı olacağını bildirən BMW, hər iki modelin 4-7 faiz bahalaşacağı bildirib.
BMW-nin qiymət artırması, Çinin bu ayın əvvəlində ABŞ-dan idxal edilən bəzi məhsullara əlavə gömrük vergisi tətbiq etməsilə bağlıdır.
Rəsmi Pekin, Çinə idxal edlən bütün avtomobillərə gömrük vergilərini endirmiş, amma, ABŞ-dan idxal edilənlərə əlavə 25 faiz vergi tətbiq etmək qərarı vermişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət