Slimfit
  1. CƏMİYYƏT

Ticarət Mərkəzi: Sahibkarların 10-20 faizi onlayn ticarətlə məşğuldur

Ticarət Mərkəzi: Sahibkarların 10-20 faizi onlayn ticarətlə məşğuldur
Sakura

Ticarət Mərkəzi: Sahibkarların 10-20 faizi onlayn ticarətlə məşğuldur

Bakıda fəaliyyətini müvəqqəti dayandıran "Sədərək" Ticarət Mərkəzində dezinfeksiya işləri davam etdirilir.

Ens.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumatda bildirilir ki, ticarət mərkəzi ərazisində hər gün profilaktik tədbirlər görülür: "Hazırda bazar ərazisdindəki bütün mağaza və obyektlər gündəlik dezinfeksiya edilir, ərazidə təmizlik işləri aparılır. Ticarət Mərkəzində onlayn satış davam edir. Təxminən sahibkarların 10-20 faizi onlayn ticarətlə məşğuldur. Digər sahibkarlar isə fəaliyyətini dayandırıb. Ticarət Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təkliflərinə tam qaydada riayət olunur. Bazar ərazisində onlayn satışla məşğul olan sahibkarlarların da qaydalara əməl etməsinə ciddi nəzarət olunur. Bazar ərazisinə daxil olan şəxsin kimliyindən asılı olmayaraq tibbi maska və qoruyuculardan istifadəsi vacibdir".

Xatırladaq ki, ölkədə yayılan koronavirus infeksiyasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarı ilə Bakıda və digər 12 şəhər və rayonda sərt karantin elan edilib və həmin ərazilərdə fəaliyyət göstərən iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR