Slimfit
  1. DÜNYA

Tibdə süni intellektin tətbiqinə görə lider ölkələr məlum olub

Tibdə süni intellektin tətbiqinə görə lider ölkələr məlum olub
Sakura

Tibdə süni intellektin tətbiqinə görə lider ölkələr məlum olub

"Philips" korporasiyasının "Future Health Index" adlı araşdırmasına görə, Çin, Səudiyyə Ərəbistanı və Sinqapur milli səhiyyə sistemlərində süni intellektin tətbiqinə görə dünya liderləridir.

 "ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, araşdırmada iştirak etmiş 15 ölkə arasında milli səhiyyə sistemlərində süni intellektin ən az tətbiqi ABŞ (10%), Avstraliya və Niderlandda (8%) qeydə alınıb.

 Tibdə ən yeni texnologiyalardan istifadə üzrə yüksək göstəricilər Çin (45%), Səudiyyə Ərəbistanı (34%) və Sinqapurda (28%) qeydə alınıb.

Eyni zamanda, araşdırma nəticəsində məlum olub ki, Sinqapurda süni intellekt əsasən inzibati işlərdə (məsələn, xəstələrin qeydiyyatı, dərmanların təyinatı, personalın idarəetməsi və sairə) istifadə edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR