Tibbin ən böyük ixtirası - Robot cərrahlar
Son illər ərzində dünya səhiyyəsi sanki addım-addım yox, qaçaraq irəliləyir. Cərrahiyə sahəsində də ən son yeniliklərdən biri robot cərrahların ixtirası oldu.
Publika.az xəbər verir ki, 90-cı illərdə yaradılan Da Vinçi robot cərrahları öncə ABŞ-ın əsgərlərini sağaltmaq üçün istifadə olundu. Hazırda dünyada 3000 robot cərrah var. Onları pult vasitəsilə idarə edən cərrahlar isə iş qabiliyyətlərinin intensivliyini nəzarətdə saxlayırlar. Robot cərrahlar ən çətin əməliyyatlar üçün nəzərdə tutulub. Əməliyyatdan sonra əks təsir minimal həddə olur. Tikiş izləri də qalmır.
Robot cərrahlar ginekoloji, onkoloji xəstəliklər zamanı da əvəzsizdir. Məsələn rəhnin götürülməsi, xərçəng şişlərinin əməliyyatı, hətta ürək klapanlarının əməliyyatını ideal şəkildə sonlandırırlar. Bura həm də ümumi cərrahiyə daxildir.
Bəs robot cərrahların xəstəyə nə kimi faydası var?
Daha kiçik ölçülü əməliyyat yarığı
Daha az qan itkisi
Əməliyyatdan sonra ən qısa zamanda sağalmaq imkanı və s.
Lakin robot cərrahlar nə qədər ideal iş bacarığına malik olsalar da, unutmayaq ki, onları pult arxasında İNSAN idarə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət