Slimfit
  1. CƏMİYYƏT

Tibbi Sığorta ilə bağlı vətəndaşlara müraciət

Tibbi Sığorta ilə bağlı vətəndaşlara müraciət
Sakura

Tibbi Sığorta ilə bağlı vətəndaşlara müraciət

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib. 

Qafqazinfo” qurumun saytına istinadən məlumat verir ki, xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunur.  

1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacağı üçün artıq müəssisələrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. 

Belə ki, artıq bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR