Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tibbi miflər: soyuqdəymə zamanı dondurma yemək olmaz?

Tibbi miflər: soyuqdəymə zamanı dondurma yemək olmaz?
Sakura

Bir çoxlarının qənaətinə görə, soyuqdəymə zamanı dondurma və ya ümumiyyətlə süd məhsullarından istifadə…

Burun tutulub, gözlərdən su axır, baş ağrıyır... Bu vəziyyətdə çox çətin ki, iştahanız olsun. Yox əgər, sizdə aclıq hissi varsa, sizin nə yeyib, nə yeyə bilməyəcəyiniz barədə bir çox fikirlər mövcuddur.

Və siz xəstələnən zaman ən yaxşısı süd məhsullarıyla qidalanmamaq barədə tez-tez eşidirsiniz. Deyilənə görə, dondurmadan, pendirdən və hətta süddən uzaq durmaq lazımdır.

Səbəb? Süd məhsulları guya bədəndə selik ifrazını artırır. Bu məlumat nə dərəcədə doğrudur?

Selik ifrazını xatırladan zaman qaşlarınızı çatmağa ehtiyac yoxdur: selik ifrazı bizim fiziologiyamızda böyük rol oynayır.

Seliklər bu yolla bizim orqanizmdəki zərif yerləri - burun çıxışlarını, tənəffüs borusunu, ağciyəri və mədəni qıcıqlanmadan və ziyandan qoruyur.

Beləliklə, selik ifrazı bizə lazımdır, lakin təbii ki, xüsusilə də soyuqdəymə zamanı ifraz edilən böyük həcmdə yox.

Südlə selik ifrazı arasında əlaqəni ötən əsrin tibb ədəbiyyatında da tapmaq olar.

Məsələn ənənəvi Çin təbabətində və görkəmli filosof, XII əsrin həkimi Moşe Ben Maymonun kitablarında.

Bir qədər əvvəl (2004-cü ildə) keçirilmiş araşdırma göstərib ki, 58 faiz əvvəlki kimi bunlara inanır və hətta bunu həkimlərindən də eşidiblər.

Bəziləri iddia edirlər ki, selik bir fincan süd içdikdən dərhal sonra yığılmağa başlayır.

 

Belə ki, iddialara görə, kiçik həcmdə süd məhsullarından istifadə xoşagəlməz prosesin başlanmasına kifayət edir.

1993-cü ildə keçirilmiş sorğu müəyyən edib ki, alıcıların təqribən üçdə ikisi bir fincan südün boğazda böyük həcmdə selik kütləsi yaratdığına inanır.

Respondentlər suallara cavab verərəkən "qatı", "yapışan", "ağır" və "tıxanmış" sözlərindən istifadə ediblər.

Bu, əlbəttə ki, böyüklərdə rast gəlinən südə allergiya (burada əlamətlər daha ciddidir - qusma, səpgi və çətin tənəffüs) deyil.

Bu bədənin laktozanı qəbul etməməsi də deyil.

Laktozanın inkarı insanda süd məhsullarında olan laktozanı həzm etmək üçün lazımi fermentlər olmadıqda baş verir.

Bu zaman süd içən insanlarda qarında köp, ürək bulanması və ya diareya (ishal) başlayır.

Bəs orqanizm soyuqlayan zaman südün mənfi effekt verdiyini düşünən insanlarda nə baş verir?

Bunu müəyyən etmək üçün biz insanlara tərkibində inək südü olan (və ya olmayan) maddə içməyi təklif etməliyik və bir qədər sonra onlardan nə hiss etdiklərini soruşmalıyıq.

Cənubi Avstraliya xəstəxanasından olan tədqiqatçılar da məhz belə ediblər.

Onlar 125 nəfərə inək südü və ya soya südü içməyi təklif ediblər. Aparılan xüsusi hazırlıqlar nəticəsində hər iki içki dadına görə bir-birindən fərqlənməyib.

Təcrübədən sonra tibb işçilərinin suallarına cavab verən inək südü içmiş insanlar udqunmaqda çətinlik çəkdiklərini, tüpürcəklərinin qatı olduğunu və boğazlarının daxildən sanki hansısa nazik pərdə ilə örtüldüyünü söyləyiblər.

İnək südü ilə əlaqədar hər şey aydın oldumu?

Amma məsələ ondadır ki, soya südünü içən insanlar da eyni sözləri təkrar ediblər.

Yeri gəlmişkən, kim ki, ilk əvvəl süddən istifadə ilə seliyin ifrazı arasında əlaqə hiss edirdisə, onlar nə içdiklərinə baxmayaraq yuxarıda sadalanan hisslərdən (lakin bu fərq statistik olaraq əhəmiyyətli olmayıb) daha çox şikayətləniblər.

İnək südü ilə soya südü içənlərin hissiyyatı heç nə ilə fərqlənməyib

 

Bununla yanaşı, təcrübə iştirakçılarının soyuqdəyməsi olmayıb. Sizin burnunuz tutulubsa, süd vəziyyəti daha da pisləşdirəcəkmi?

Diqqət: növbəti təcrübəni yemək zamanı oxumağı tövsiyyə etmirəm. Beləliklə, tədqiqatçılar könüllüləri qəsdən adi soyuqdəymə virusuna yoluxduraraq, onlara içməyə süd veriblər.

Tədqiqatçılar könüllülərdən nəinki baş verən əlamətləri qeyd etməyi, həmçinin sonradan həcmini ölçmək üçün burunlarından axan ifrazı da toplamağı xahiş ediblər.

Alimlər müəyyən ediblər ki, yuxarıda adı çəkilən əlaqəyə inanan insanlar əlamətlər barədə məlumat versələr də, südün selik ifrazına təkan verməsinə inanmayan insanlardan çox "kütlə" yığmayıblar.

Müəyyən olunub ki, süddən istifadə heç bir halda ifrazın midarına təsir göstərməyib.

Beləliklə, süd məhsullarının böyük həcmdə selik ifrazına səbəb olduğuna dair ciddi faktlar yoxdur.

Süd bir emulsiyadır, ona görə də o tüpürcəklə qarışdıqdan sonra onun damcıları boş lopa flokkullar (kiçik hissəciklərin yığını) yaradaraq bir yerə toplaşır.

 

 

Lakin buna baxmayaraq bir çox insanlar, xəstəlik zamanı qidasına süd əlavə etdikdən sonra həqiqətən narahatlıq hiss edirlər.

Bu isə onunla izah olunur ki, bəziləri süd məhsullarının ziyanlı olduğuna, bəziləri isə olmadığına inanırlar.

Burada selik ifrazının yaranmasına heç bir aidiyyatı olmayan mexanizmin işləməsi də mümkündür.

Eyni zamanda bu, siz soya südü içən zaman baş verə bilər.

Çünki soya südü də emulsiya kimidir. İnsanlarda bunun ifrazla (əslində bu belə deyil) bağlı olduğunu düşünməyə vadar edən xüsusi ağız duyğuları baş verir.

Əslində biz hələ də bilmirik ki, niyə bəzi insanlar bunu hiss edirlər, bəziləri yox.

Yeri gəlmişkən, dondurma barədə. Biz indi məhsulun tərkibində süd olmasının böyük həcmdə seliyin ifrazına gətirib çıxarmayacağını bilirik.

Lakin dondurmada əsas məsələ onun buz kimi soyuq olmasıdır. Bəlkə də bunda soyuqdəyməni ağırlaşdırmaq riski var?

Çətin. Çox soyuq qida yalnız əvvəlcə sizin mədənizdəki istiliyi aşağı salır, sonradan ərzaq həzm olunmağa başlayır, parçalanma gedir, istilik yaranmağa başlayır və siz yenidən isinirsiz.

Ona görə də, əgər siz xəstələnmisinizsə və ürəyiniz dondurma istəyirsə, qorxmadan yeyin.

Südü də içmək olar, əgər onun dadı və ondan sonra yaranan hisslər sizin xoşunuza gəlirsə. Süd sizi müalicə etməyəcək, amma sizin xəstəliyinizi də ağırlaşadırmayacaq.

 

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR