Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tibb Universitetində fizioterapiya müalicəsi son model tibbi avadanlıqlarla aparılır

Tibb Universitetində fizioterapiya müalicəsi son model tibbi avadanlıqlarla aparılır
Sakura

Tibb Universitetində fizioterapiya müalicəsi son model tibbi avadanlıqlarla aparılır

8 sentyabr-Dünya Fizioterapiya Günü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klinikanın fizioterapiya və bərpa şöbəsi tərəfindən təşkil olunan toplantıda fizioterapiya haqqında geniş məlumat verilib. Bildirilib ki, bu müalicə üsulu bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitədir. Fizioterapiyadan daha çox oynaq, dayaq-hərəkət sistemi və bir çox digər xəstəliklərin bərpası zamanı istifadə olunur.

Klinikanın fizioterapiya və bərpa şöbəsinin müdiri Nurlana Əliyeva bildirib ki, fizioterapiya fiziki üsullarla müalicə deməkdir. Burada fiziki üsullar qismində günəş şüasının spektri, eləcə də elektrik, maqnit və ultrasəs dalğalarından istifadə etməklə müalicə nəzərdə tutulur.

Tədbirdə qeyd olundu ki, son zamanlar zərbə-dalğa terapiyası müalicə üsuluna daha çox üstünlük verilir. Bir çox yerdə olduğu kimi ATU-da da müəyyən xəstəliklərin müalicəsində məhz bu üsuldan istifadə edilir. Bu zaman müalicə çox aşağı tezlikli səs dalğaları yaradan xüsusi cihaz vasitəsilə aparılır. Bu akustik dalğalar toxumalara yayılaraq sümüyə qədər hərəkət edir. Yaxşılaşma artıq prosedur zamanı müşahidə olunur.

Lakin bu üsul hər xəstənin müalicəsində istifadə oluna bilməz.

Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının son model tibbi avadanlıqları ilə təchiz olunmuş fizioterapiya və bərpa şöbəsində müasir müalicə üsullarından istifadə olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR