Slimfit
  1. TEXNOLOGİYA

Tibb şirkəti, havalandırıcılar üçün klapanların 3D nüsxələrini (surətlərini) çap etdikəri üçün İtaliyalı könüllüləri məhkəmə iddiası ilə hədələyir

Tibb şirkəti, havalandırıcılar üçün klapanların 3D nüsxələrini (surətlərini) çap etdikəri üçün İtaliyalı könüllüləri məhkəmə iddiası ilə hədələyir
Sakura

Orijinal məhsulun dəyəri 11 min dollardır, onlar isə bunu cəmi 1 dollara çap ediblər.

Ens.az saytı bildirir ki, 3D printerdən istifadə edərək havalandırıcılar üçün çap klapanları düzəldən və bununla da koronaviruslu bir çox ağır xəstənin həyatını xilas edən bir qrup könüllü barədə məlumatlar İtaliyada geniş müzakirələrə səbəb olub. Belə avadanlığı istehsal etmək üçün müvafiq lisenziyayası olan istehsalçı şirkətlərdə belə bir klapanın qiyməti təxminən 11 min dollar olduğu halda, könüllülər onun nüsxəsini çap etməyə 1 dollar sərf ediblər. İndi tibbi avadanlıq istehsalçısı onları patent pozuntusu ilə bağlı iddia ilə təhdid edir.

Vəziyyətin özü mövcud halları nəzərə aldıqda tamamilə absurd görünə bilər. Buna baxmayaraq, çox açıqdır. Bəs məsələ necə olub? İtaliyadakı xəstəxana, COVID-19 ağır xəstələrin axını ilə qarşılaşıb və ventilyator üçün bütün klapanları işlədib. Yeni partiyanın təcili çatdırəlması barədə birbaşa təchizatçıya müraciət edən rəhbərlik məmnun olmayan cavab aldı: məlum oldu ki, şirkət qısa müddət ərzində klapan tədarükünü təşkil edə bilmir. Belədə, İsinnova startap şirkətində çalışan Kristian Frakassi və Alessandro Ramaioli köməyə gəlib. Xəstəxanaya klapan nüsxələrini hazırlamaq üçün 3D printerlərini təklif etdilər. Dəqiq təsvirlər üçün tədarükçiyə müraciət edən mühəndislər yalnız imtina cavabı deyil, patent pozuntusuna görə mühakimə olunmaq hədəsii aldılar. Nəticədə Frakassi və Ramaioli bütün ölçmələri özləri götürdülər, modellər düzəltdilər və klapanın üç versiyasını düzəltdilər.

Burada Xəstələrin kritik vəziyyətdə olduğunu və bu sözün əsl mənasında həyat və ölüm məsələsi olduğunu vurğulamaq lazımdır. Kristian Frakassi öz Facebook səhifəsində rəsmləri yaymaq fikrində olmadığını və komponentlərin xəstəxanaya lazım olduğu qədər hazırlandığını təmin edərək bundan pul qazanmaq fikrinin olmadığını bildirdi.

Mənbə: itc.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR