Dərc edildi: Baxış sayı: 500
Tibb sahəsini seçmək istəyən tələbələrə ŞAD XƏBƏR
“Bu ildən başlayaraq tibb təhsilində qəbul olan tələbələrin 91 faizdən çoxu dövlət sifarişi ilə təhsil alacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev bildirib.
Onun sözlərinə görə, tibb ixtisasları üzrə dövlət sifarişli olmayan yerlərin illik təhsil haqqı 4500 manatdır:
“Bunun ödənişini dövlət üzərinə götürür. Növbəti tədris ilində dövlət sifarişli proqnoz yerlərinin sayı 1038 olacaq”.
“Əvvəlki illərdə tibb təhsili üzrə dövlət sifarişli yerlərin sayı 771 idi. 35 faizlik artım var”, - deyə o əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət