Slimfit
  1. CƏMİYYƏT

Tibb müəssisələrində aparılan yoxlamalar zamanı 16 vəzifəli şəxs barəsində protokol tərtib edilib

Tibb müəssisələrində aparılan yoxlamalar zamanı 16 vəzifəli şəxs barəsində protokol tərtib edilib
Sakura

Tibb müəssisələrində aparılan yoxlamalar zamanı 16 vəzifəli şəxs barəsində protokol tərtib edilib

Ötən ay Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilmişdi. Yoxlamalar zamanı paytaxtda yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarı dayandırılmışdı.

Sözügedən yoxlamaların son üç ay ərzində paytaxtda fəaliyyət göstərən tibb müəssisələrində davam edib-etmədiyini aydınlaşdırmaq üçün aidiyyəti quruma sorğu ünvanladıq.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyindən (NRFTDA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) iştirakı ilə son üç ay ərzində 67 dövlət tibb müəssisəsində nəzarət-yoxlama tədbiri keçirilib:

“Yoxlamalar zamanı aşkarlanan əsas nöqsanlar ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyətin həyata keçirilməsi üçün xüsusi icazənin olmamasıdır. Eləcə də yoxlamalar aparılan tibb müəssisələrində müəssisənin radioloji-gigiyenik pasportunun olmaması, ionlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilərin fərdi dozimetrlərinin olmaması, radiasiya təhlükəsizliyi üzrə təlimatın olmaması, ionlaşdırıcı şüalanma mənbələrinin illik inventarizasiya nəticələrinin müvafiq forma ilə tənzimləyici quruma təqdim edilməməsi, radiasiya qəzalarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması proqramının olmaması, radiasiyaya cavabdeh şəxsin vəzifə borclarını əks etdirən sənədin olmaması, radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydasının olmaması, rentgen kabinetlərinin ayrıca quraşdırılmış ventilyasiya sisteminin olmaması kimi nöqsanlar da aşkarlanıb.

Bu müəssisələrdən altısında rentgen kabinetləri radiasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyi üçün bağlanıb.

Görülən tədbirlər zamanı nüvə, radioaktiv maddə və ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda qanunvericiliklə müəyyən edilmiş qaydada nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin (yoxlamaların keçirilməsi, fiziki mühafizənin təmin edilməsi) həyata keçirilməsi məqsədilə rüb ərzində sənaye, elmi-tədqiqat və tibb müəssisələrində 69 nəzarət-yoxlama tədbiri həyata keçirilib.

Sahibkarların müraciətləri əsasında isə bir müəssisəyə baxış keçirilərək, radiasiya təhlükəsizliyinin gücləndirilməsi üçün metodiki köməklik göstərilib. Keçirilmiş yoxlama tədbirləri nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 268.0.1-ci maddəsi ilə bir hüquqi, 16 vəzifəli və bir fiziki şəxsə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR