Tiananmen hadisəsindən 30 il ötür
Honq Konqda 2 mindən artıq insan Pekinin Tiananmen meydanında demokratiya tərəfdarı nümyişçilərə divan tutulmasının 30-cu ildönümü qeyd edib.
Nümayişçilər üzərlərində “Azadlığa dəstək, Şər qanunlarını rədd et” sözləri yazılmış sarı çətirlərlə aksiyaya qatılıb.
Bəziləri qara tabutlar, digərləri isə təkərli ağ xaçlar, habelə 6 və 4 rəqəmləri daşıyıb. Bu rəqəm iyun ayının 4-də baş verən hadisəyə işarə edib.
1989-cu ildə Çinin hakim Kommunist Partiyası tələbələrin rəhbərlik etdiyi aksiya iştirakçılarına qarşı basqılara əmr vermişdi. O zaman yüzlərlə, bəlkə də minlərlə silahsız nümayişçi qətlə yetirilmişdi.
Çin hökuməti demokratiya tərəfdarı nümayiçiləri dağıtmaq üçün tanklardan istifadə etmişdi.
Çində Tiananmen hadisələrinin yas edilməsi qadağan edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət