Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Təzyiqi qaldıran 7 səbəb

Təzyiqi qaldıran 7 səbəb
Sakura

Təzyiqi qaldıran 7 səbəb

Adətən boyundan başlayan baş ağrısı, qulaqda cingildəmə, uğultu və baş fırlanması kimi ələmətlərlə özününü biruzə verən təzyiqə yol açan ən önəmli səbəb stresdir.

Axar.az xəbər verir ki, stresdən əlavə təzyiqi qaldıran başqa səbəblər də var.

1.Tərkibində şirinbiyan bitkisi olan sular və qidaların istifadəsi ürək və təzyiq xəstələri üçün məsləhətli deyil.

2. Çox miqdarda istifadə edilən şəkər təzyiq riskini artırır.

3. Normaya görə duzdan gün ərzində 5 qramdan az istifadə edilməlidir. Duzlu qidalardan çox istifadə təzyiqin artmasına səbəb olur.

4. Bol miqdarda mineral sular da təzyiqi qaldıran faktorlardan biridir.

5. Xüsusilə qış aylarında təzyiq nisbətən yuxarı olur. Bunun səbəbinin qışda insanların daha az hərəkət etməsi və kökəlməsi ilə bağlı olduğu ehtimal edilir.

6. Siqaret də öz növbəsində təzyiqi qaldırmaqla yanaşı ürək və damar xəstəlikləri riskini artırır.

7. Spirtli içkilərin davamlı olaraq qəbul edilməsi təzyiqi əhəmiyyətli dərəcədə qaldırır. Alkoqol istifadəsi kişilərdə gün ərzində 2 qədəhi, qadınlarda isə 1 qədəhi keçməməlidir.

Tərkibində kortizon olan dərmanlar, antidepresanlar, burun spreyləri, qrip dərmanları, bəzi ağrıkəsicilərin istifadəsi də təzyiqin qalxması ilə nəticələnə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR