Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Təzyiqi aşağı salan 3 qida - Təzyiq xəstələri oxusun

Təzyiqi aşağı salan 3 qida - Təzyiq xəstələri oxusun
Sakura

Təzyiqi aşağı salan 3 qida - Təzyiq xəstələri oxusun

Yüksək təzyiq ürək-qan damar sistemi xəstəlikləri arasında çox geniş yayılan bir problemdir.

Metbuat.az "Mynet.com"a istinadla bildirir ki, yüksək təzyiqi olan xəstələr qida rasionuna ciddi fikir verməli, keyfiyyətli qida məhsulları ilə qidalanmalı, gündəlik tələbatı ödəmək üçün kifayət qədər maye qəbul etməlidirlər. Təzyiq xəstələri üçün ən vacib qidalardan biri banandır. Banan tərkibindəki C, B6 vitami, lif, protein, karbohidrat, maqnezium, kalium sayəsində ürək üçün olduqca vacib meyvədir.

Kalium duzun sağlamlığa mənfi təsirini azaldaraq qan təzyiqini aşağı salmağa kömək edir. Duz bədəndə suyu saxlayır və böyrəklər də bu suyu çölə ata bilmədiyi zaman qan təzyiqimiz artmağa başlayır, yəni təzyiq yüksəlir. Bu halın qarşısını alacaq qidalardan biri də banandır. Əgər banan yeyə bilmirsinizsə, kaliumla zəngin olan kartofdan faydalana bilərsiniz.

Bir ədəd kartofda təxminə 897 mg kalium var və bu almalı olduğumuz kalium miqdarının dördə biridir. Kartofu duzlayaraq bol yağda qızardıb yemək sizə heç bir fayda verməyəcək.

Təzyiqi aşağı salan qidalardan biri də yulaf əzməsidir.

Tərkibindəki yüksək lif, aşağı miqdarda natrium və az yağlı olması qan təzyininin aşağı düşməsinə yardımçı olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR