Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Təzyiqi aşağı salan 10 bitki

Təzyiqi aşağı salan 10 bitki
Sakura

Təzyiqi aşağı salan 10 bitki

Statistikaya əsasən dünyada 40 yaşdan yuxarı praktik olaraq 50% insan yüksək təzyiqdən əziyyət çəkir.

Yüksək arterial təzyiq orqanizm üçün çox ziyanlıdır. Bu ürəyin, damarların, böyrəklərin, gözlərin sağlamlığına böyük ziyan vurur, infarkt, insult, böyrək çatışmamazlığı, korluq kimi ağır pozulmalara  səbəb  olur.

Arterial təzyiqi mütləq normada saxlamaq lazımdır. Bunun üçün xüsusi preparatlar mövcuddur. Belə preparatları xəstəyə həkim təyin etməlidir.

Bəzi bitkilər də təzyiqi aşağı salmağa kömək edə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu bitkiləri yalnız köməkçi vasitə kimi (əsas müalicə ilə parallel olaraq) istifadə etmək olar.

Təzyiqi salmağa kömək edən bitkilər bunlardır:

- Nanə

- Yemişan

- Pişikotu

- İtburnu

- Qaragilə (meyvəsi və yarpaqları)

- Qarağat yarpaqları

- Melissa

- Şüyüd

- Zirinc (yarpaqları və meyvəsi)

- Mayaotu toxumu

Bitkiləri dəmləmə şəklində qəbul edirlər (1 x.q. quru ot + 200 ml qaynar su). Bir neçə bitkini birlikdə də istifadə etmək olar (məsələn, 1 ç.q. nanə + 1 ç.q. pişikotu + 200 ml su və s.).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR