Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Təzyiq aşağı, nəbz yüksəkdir – Nə etməli?

Təzyiq aşağı, nəbz yüksəkdir – Nə etməli?
Sakura

Təzyiq aşağı, nəbz yüksəkdir – Nə etməli?

Arterial təzyiq düşsə də, ürək ritminin, yəni nəbzin artması nəbzin qeyri-bərabər olduğunu göstərir.

Oxu24.com xəbər verir ki, həkim – kardioloq Anna Koreneviçin sözlərinə görə, yüksək təzyiq xəstəsi üçün, məsələn, 110/70 təzyiq aşağıdır, digəri üçün normaldır. Normal təzyiq 130/80 olduğu halda, 90/60-a düşübsə, azalma göz qabağındadır və çox güman ki, insan bu zaman diskomfort hiss edəcək.

“Tonometrdə çox aşağı rəqəmlər görsəniz də, eyni zamanda özünüzü yaxşı hiss edirsinizsə, narahatlığa səbəb yoxdur. Belə təzyiq halda dəyişiklik yaratmır. Normal o deməkdir ki, təzyiq azaldıqda şiddətli zəiflik, tərləmə, ürəkbulanma, başgicəllənmə, baş ağrısı və ya tənəffüs problemi yoxdur.

Təzyiqin düşməsi ilə nəbz refleksiv şəkildə sürətlənir, bu, qoruyucu reaksiyadır, ürəkdə 100 – 120 vuruşa qədər normaldır. Həkimlər bu vəziyyəti refleks taxikardiya adlandırırlar”.
Ürək döyüntüsünü azaltmaq üçün dərmanlar və ya digər preparatlar qəbul etmək olmaz. Kardioloqun fikrincə, özbaşına hansısa tədbir vəziyyəti ağırlaşdıracaq.

Təzyiqin azalması ilə ürək çox tez-tez, lakin qeyri-bərabər döyünməyə başlayırsa, bu təhlükəlidir. Təcili yardım çağırmaq mütləqdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR