Slimfit
  1. DÜNYA

Təzminat ödəməklə nəticələnən iş müsahibəsi

Təzminat ödəməklə nəticələnən iş müsahibəsi
Sakura

Təzminat ödəməklə nəticələnən iş müsahibəsi

Mədəniyyətlər müxtəlif olsa da hər kəs bir-birinin adət-ənənələrinə hörmət etməyə borcludur. Məhz bu prinsipinə görə Avropa ölkələri xüsusilə seçilir. Beləki, bu yaxınlarda baş vermiş hadisə bunu təsdiq edir. İsveçdə tərcüməçi vakansiyasına müraciət edən Fərəh Əlhaccey dini baxışına hörmət etməyən şirkət rəhbərini məhkəməyə şikayət edərək 40000 isveç kronu təzminat almaqla məhkəməni qazanmışdır.  Bu haqda məlumatı Daily Mail xəbər agentliyi verir.

Hadisə 2016-cı ilin may ayında baş verib. Şirkətə müsahibəyə çağırılan xanım Fərəh icraçı direktorla əl görüşməkdən imtina etmiş və qarşılığında “Burda hamı bir-biriylə əl  ilə görüşür” ifadəsini eşitmiş və müsahibə başlamadan bitmişdir. Fərəh bu münasibətdən sarsıldığını və özünü çox pis hiss etdiyini bildirib. Bundan sonra məhkəməyə müraciət edən xanım olanları İsveçin ambudsmanına danışıb və məhkəmə də ona haqq qazandırıb. Beləliklə, şirkət xanıma 40000 isveç kronu təzminat ödəyib.

Nəcibə Yusifova

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR