Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Tezliklə Qarabağın Azərbaycan turizmində xüsusi yeri olacaq

Tezliklə Qarabağın Azərbaycan turizmində xüsusi yeri olacaq
Sakura

Tezliklə Qarabağın Azərbaycan turizmində xüsusi yeri olacaq

İşğaldan azad edilmiş ərazilərin təhlükəsizliyi təmin olunduqdan və əsas magistral yollar çəkildikdən sonra Qarabağa böyük yerli turist axınının olacağı gözlənilir. Hazırda Qarabağımızın potensial 10 milyon nəfər yerli turisti var.

Ens.az xəbər verirki,bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.

Hər kəsin səbirsizliklə müqəddəs torpaqlarımızı görmək gününü gözlədiyini deyən F.Hacıyev hesab edir ki, ölkə sakinlərindən başqa xaricdə yaşayan həmvətənlərimiz də bu siyahıya əlavə edilərsə, yaxın illərdə Qarabağ regionu Azərbaycan turizmində öz hegemonluğu ilə seçiləcək.

Ekspertin fikrincə, Şuşa şəhəri Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq:

“Əminəm ki, yaxın illərdə ölkəmizə səfər edən xarici turistlərin böyük bir qismi Qarabağ turuna qoşulmadan ölkəni tərk etməyəcək. Təkcə Şuşadakı Çətir şəlalələri hamını oraya getməyə sövq edəcək. Bizi eyni zamanda qış turizmi istiqamətində də yeni marşrut gözləyir. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkan olacaq”.

Qarabağda turizmlə bağlı bir çox layihələrin icrasısını mümkün sayan F.Hacıyev bildirib ki, Qubadlıda Həkəri çayı boyunca bir sıra gözəl istirahət mərkəzləri tikilə bilər. Yaxın zamanlarda Kəlbəcərdə - İstisuda da beş ulduzlu hotellərin, sanatoriyaların tikilməsi mümkündür. İşğaldan azad olunmuş bütün şəhər və rayonlarda turizm infrastrukturu bir-birinə bağlı olaraq qurulacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR