Slimfit
  1. CƏMİYYƏT

“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyil

“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyil
Sakura

“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyil

Hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil.

Oxu.Az xəbər verir ki, bunu “Təzəpir” məscidinin imamı Mircəfər Eyyubov bayram namazından sonra deyib.

O bildirib ki, bayram namazı saat 09:00-da başlasa da, sübh tezdən məscidə yüzlərlə insan axışıb:

“İnsanlar bayram namazından öncə ibadət ediblər. Onlara dinin, imanın gözəlliyindən, dürüstlükdən bəhs edən ibrətamiz hekayələr danışılıb”.

M.Eyyubov qeyd edib ki, Qurban bayramı Həcc ayinlərindən biri sayılır:

“Bu gün hacıların qurban kəsməsi vacibdir. Ümumilikdə isə hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil. İnsanlar bu bayramın fəlsəfəsinə uyğun olaraq bir-birilərinə yardım edirlər. Kəsilən qurbanların isə imkansız ailələrə verilməsi daha məqbul hesab edilir.

Allaha yaxın olmaq, Allahın buyurduğu kimi yaşamaq, insanlara faydalı olmaq ən gözəl ibadətdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR