Slimfit
  1. CƏMİYYƏT

Təzə balıq seçərkən nələrə diqqət yetirmək vacibdir?

Təzə balıq seçərkən nələrə diqqət yetirmək vacibdir?
Sakura

Təzə balıq seçərkən nələrə diqqət yetirmək vacibdir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) balıq alarkən və bişirilərkən hansı məqamlara diqqət yetirilməsi ilə bağlı əhaliyə müraciət edib.

AQTA-dan "Report"a bildirilib ki, balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir:

"Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olur, az miqdarda şəffaf selik ilə örtülür. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olur, quyruğu sallanmır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur.

Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır.

Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur.

Təzə balığın qanı açıq-qırmızı rəngdə və iysiz, köhnə balığınkı isə qaraya çalan rəngdə və pis qoxulu olur".

AQTA bildirir ki, balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük və göz bəbəyi mat olur:

"Təzə balığın qəlsəməsi tünd-qırmızıya, köhnə balığınkı isə boz rəngə çalır. Təzə balığın əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.

Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, onun pulları əlinizə gəlir, lakin tökülmürsə, deməli, balıq təzədir.

Təzə balıqda qəlsəmələrin üzərindəki selik qatı şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik qatı şəffaflığını itirərək ağ, sarı, boz və sair rənglərə çevrilə bilər.

Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.

Təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün onların soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Balıqlar dondurucuda saxlanılmalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR