Slimfit
  1. CƏMİYYƏT

Tez-tez qrip olanlar mütləq oxusun! – Bu üsulla...

Tez-tez qrip olanlar mütləq oxusun! – Bu üsulla...
Sakura

Tez-tez qrip olanlar mütləq oxusun! – Bu üsulla...

Qripdən qorunmaq üçün ozon terapiyası çox faydalıdır.

Teleqraf.com xəbər verir ki, ozon terapiyası immunitet sisteminin güclənməsi və germisidal təsiri ilə xəstəliyin inkişafına mane olur.

Hamımız müntəzəm qidalanmaq, maye qəbulunu artırmaq, qrip əleyhinə vaksin almaq və mümkün qədər insanların çox olduğu yerlərdən uzaq durmaq kimi bir çox tədbirləri bilirik. Ancaq zaman-zaman bunlar kifayət etməyə bilər.

Xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəlikləri və immunitet sistemi zəif olanlarda xəstəliyin riskləri və ağırlaşmaları ciddi simptomlara səbəb ola bilər. Belə hallarda qrip kimi epidemiyalardan qorunmaq üçün ozon terapiyası ilə olduqca yaxşı nəticələr əldə etmək mümkündür.

Ozon toxuma oksigenləşməsini artırır, qan dövranını tənzimləyir. Antioksidant təsiri insanı gücləndirir.

Ozon terapiyası qırmızı qan hüceyrələrinin elastikliyini artırır, kapilyarların keçməsini sürətləndirir və oksigen çatışmazlığını aradan qaldırır. Həmçinin, dezinfeksiya və antimikrobiyal xüsusiyyətləri ilə bakteriya, virus və göbələkləri öldürür. Sürətlə böyüyən xərçəng hüceyrələrinin çoxalmasına və yayılmasına mane olur. Şiş hüceyrələrinin membranlarını qıraraq immunitet sisteminə təsir edir və şiş hüceyrələrinin çoxalmasının və yayılmasının qarşısını alır.

Qaraciyər hüceyrələrini aktivləşdirərək, böyrəklərin işini tənzimləyir. Bədənimizdəki təbii ağrı kəsicilərin üzə çıxmasına kömək edir.

Ozon Terapiyası terapevtik bir metod olaraq bir çox xəstəlikdə uğurla istifadə edilir.

Sızanaq və selülitin müalicəsində uğurlu nəticələr əldə etməyə kömək olur. Saç tökülməsi, qocalma, dəri xəstəlikləri, ekzemanın səbəb olduğu dəri infeksiyalarını müalicə edir. Tər qoxularının qarşısını alır. Qan, limfa və dəri hüceyrələrinə nüfuz edən ozon sayəsində toxumaların yaxşılaşması və özünü yeniləməsi sürətlənir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR