Dərc edildi: Baxış sayı: 789
Təyyarədə yatıb qalan qadın kabus yaşadı
Kanadada "Air Canada" şirkətinin təyyarəsində yatıb qalan bir qadın orada unudulub və bir neçə saat sonra park vəziyyətindəki təyyarədə oyanıb.
Moderator.az xəbər verir ki, təyyarədə unudulan qadın sərnişin bir saat sonra qaranlıq və dondurucu soyuq nəticəsində oyanıb və təhlükəsizlik kəmərinin hələ də bağlı olduğunu görüb.
Tiffani Adams adlı qadın "Facebook" səhifəsində gecə yarısı təyyarə enəndən bir neçə saat sonra tamamilə qaranlıq təyyarədə oyandığını və yaşadığı hadisənin qorxunc olduğunu deyib.
Adams uçuş şirkətinin ona bir limuzin və otel otağı təklif etdiyini, ancaq mümkün qədər tez evinə qayıtmaq üçün bu təklifi rədd etdiyini söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət