Dərc edildi: Baxış sayı: 529
Təyyarə meyvəyə görə məcburi eniş etdi
İndoneziya hava yollarına məxsus, Cakartadan Bengkulu şəhərinə uçan təyyarə adi bir meyvəyə görə məcburi eniş edib.
Oxu.Az-ın xəbərinə görə, sərnişinlərin təyyarənin salonundan çox ağır qoxunun gəlməsindən şikayət etməsi təyyarənin yolunu dəyişməsinə səbəb olub.
Təyyarənin yük yerinə yığılmış iki ton durian meyvəsinin iyi bütün təyyarəni bürüyüb və sərnişinləri narahat etməyə başlayıb.
Təyyarə kapitanı sərnişinlərin tələbi əsasında məcburi eniş əmri verib.
Xatırladaq ki, durian meyvəsi çox pis qoxuya malik olması ilə fərqlənir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət