Slimfit
  1. İDMAN

Teymur Rəcəbov reytinqdə irəliləyib

Teymur Rəcəbov reytinqdə irəliləyib
Sakura

Teymur Rəcəbov reytinqdə irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprel üçün reytinq siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun mövqeyi yenə dəyişməyib. Hazırda 2793 xalla 5-ci pillədə olan 33 yaşlı şahmatçı lider norveçli dünya çempionu Maqnus Karlsendən 52, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 26, 3-cü sıradakı çinli Dinq Lirendən 16, 4-cü mövqedəki hindistanlı Aniş Giridən 4 xal geri qalır.

Teymur Rəcəbov isə 1 pillə irəliləyib. 2756 xala malik Rəcəbov hazırda 12-cidir. Daha 7 pillə geriləyən Arkadi Naydiç 2695 xalla 42-cidir. 2654 xalı olan Qədir Hüseynov isə 15 pillə geriləyib və hazırda 97-ci yerdədir.

Rauf Məmmədov və Eltac Səfərli isə "100-lüy"ü tərk edib.

Qadınlardan 1 pillə geriləyən Günay Məmmədzadə 2438 xalla 40-cıdır. Xanım Balacayeva isə “100-lüy”ü tərk edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR