Dərc edildi: Baxış sayı: 518
Teymur Rəcəbov iri turnirdə ikinci yeri tutdu
Almaniyanın Dortmund şəhərində “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turniri başa çatıb.
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da iştirak etdiyi turnir dairəvi sistem üzrə təşkil olunmuşdur.
T.Rəcəbov son turda estoniyalı Kaydo Kyulaotsla oyununu heç-heçə başa vurub və cəmi 4 xal yığıb. Bu ona 2-5-ci yerləri bölüşdürməyə imkan verib.
Turnirin qalibi isə 4,5 xalla amerikalı Lenyer Dominqes olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət