Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Teymur Qasımov Mikayıl oğlu

Teymur Qasımov Mikayıl oğlu
Sakura

Doğum tarixi : 1996 Vəfat tarixi: 2 aprel 2016

Teymur Mikayıl oğlu Qasımov (d. 1996; Göyçay, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Teymur Qasımov 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Teymur Qasımov doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Teymur Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR