Slimfit
  1. TEXNOLOGİYA

Texnoloji şirkətlər öz rəhbərlərinin təhlükəsizliklərinə nə qədər pul xərcləyir?

Texnoloji şirkətlər öz rəhbərlərinin təhlükəsizliklərinə nə qədər pul xərcləyir?
Sakura

Texnoloji şirkətlər öz rəhbərlərinin təhlükəsizliklərinə nə qədər pul xərcləyir?

Böyük texnoloji şirkətlər təkcə yeni texnologiyaların yaradılmasına deyil, həmdə öz rəhbərlərinin təhlükəsizliklərinə də külli miqdarda vəsait xərcləyirlər.

 
 

Yenicag.az xəbər verir ki, “Wired” saytı son illərdə şirkətlərin bu sahəyə xərclədikləri konkret rəqəmləri öyrənib.

Siyahıda ən təvazökar təmsilçilərdən biri Tim Cook-dur. Apple şirkəti onun təhlükəsizliyinə 310.000$ vəsait xərcləyib. 2017-ci ildə Alphabet holdinqinin rəhbəri kimi çalışmış Eric Schmidt-ə həmin ildə şirkət təhlükəsizlik üçün 310.000$-dan bir qədər az vəsait (296.353$) xərcləmişdi.

Lakin Google şirkətinin CEO-su Sundar Pichai-nin təhlükəsizliyinin təmin edilməsi üçün bir qədər əlavə vəsait xərcləmək lazım gəlib. Belə ki, şirkət onun təhlükəsizliyi üçün 637.000$ vəsait ayırıb. Siyahıdakı növbəti təmsilçilərin təhlükəsizliklərinə xərclənmiş vəsaitlər milyonları keçir. Məsələn Intel şirkətinin keçmiş general direktoru Brian Krzanich-in təhlükəsizliyinə Intel şirkəti 1.1 milyon dollar xərcləyib. Amazon şirkətinin yaradıcısı və dünyanın ən varlı şəxsi olan Jeff Bezos-un təhlükəsizliyinə 1.6 milyon dollar, Oracle şirkətinin yaradıcılarından biri olan Larry Ellison-un təhlükəsizliyinə isə 1.65 milyon dollar xərclənib.

İkinci yerdə Facebook şirkətinin əməliyyatlar üzrə direktoru Sheryl Sandberg qərarlaşıb. Facebook onun təhlükəsizliyinə hər il 2.6 milyon dollar vəsait xərcləyir. Birinci yeri təbii ki, Mark Zuckerberg tutub. 2017-ci ildə şirkət onun təhlükəsizliyinə 7.3 milyon dollar vəsait xərcləmişdi. Daha sonra isə onun hər il təhlükəsizliyinə xərclənən vəsait 10 milyon dollara kimi yüksəldi. Çox güman ki, bu, keçən il Cambrideg Analytica şirkəti ilə baş vermiş qalmaqal və məlumat sızıntıları ilə bağlıdır. Hər halda şirkət heç zaman Mark Zuckerberg-in təhlükəsizliyinin təmin olunması üçün vəsait xərclənməsindən boyun qaçırmayıb. Məsələn təkcə 2013-cü ildə onun təhlükəsizlyinə 2.6 milyon dollar vəsait xərclənmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR