Slimfit
  1. MARAQLI

Texnogen qəzalar

Texnogen qəzalar
Sakura

Texnogen qəzalar — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına…

Texnogen qəza (ing. Industrial disaster) — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər.

Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.

Təhlükə "insan-ətraf mühit" sisteminin yekcins olmaması ilə şərtlənir və onların xarakteristikası üst-üstə düşmədikdə yaranır. Təhlükə ilə insan daima üzləşib. Əvvəllər bu təbii xarakterli təhlükələr: təbii fəlakətlər, insanların vəhşi heyvanlarla, zəhərli həşəratlarla qarşılaşması kimi hallar idisə, zaman keçdikcə, texnikanın inkişafı ilə əlaqədar olaraq bura texnogen mənşəli təhlükələr də daxil oldu. Texnogen təhlükələr texniki sistemlərdə qəza, yanğın, partlayış və s. bu kimi formalarda təzahür edir. Bu hadisələrin baş verdiyi ərazidə olan insanlar isə xəstəliklər və müxtəlif ağırlıq dərəcəsi olan travmalar ala bilər. Təhlükənin mənbələri: təbii və antropogen olmaqla iki hissəyə ayrılır.

Təbii təhlükə mənbələrinə zəlzələlər, daşqınlar, kosmik mənşəli -meteoritlər, kometlər, qlobal istiləşmə və s.-ni qeyd etmək olar. Antropogen təhlükə mənbələri dedikdə isə müharibələr, ekoloji və texnogen təhlükələr, şüalanmadan, atmosferdəki zərərli maddə tullantılarından yaranan təhlükələr nəzərdə tutulur. Texnogen xarakterli fövqəladə hadisələrə iri istehsalat qəzaları,sənaye müəsisələrində partlayışları, enerji sistemlərində, mühəndis və texnogen şəbəkələrindəki qəzaları, hidrotekniki qurğularda, kommunal təsərrüfat obyektlərində qəzaları misal göstərmək olar.

Texnogen xarakterli fövqəladə hadisələri belədə təsnifləşdirmək olar:

  • Nəqliyyat qəzaları (fəlakətləri)
  • Yanğınlar,partlayışlar
  • GTZM yayılmaqla baş verən qəzalar
  • Radioaktiv maddələrin yayılması ilə baş verən qəzalar
  • Bioloji təhlükəli maddə ətrafa yayılmaqla baş verən qəzalar
  • Hidrodinamik qəzalar

Bu hadisələr təsərüfata böyük ziyan vurmaqla yanaşı insan həyatına təhlükə yaradır. Azərbaycan Respublikasında yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki, bunlar da müxtəlif növ fövqəladə hadisələrin başlıca mənbələri hesab edilir.

Fövqəladə hadislərin bir növü isə təbii-texnogen xarakterli fövqəladə hadisələrdir. Bu təhlükə növü əsasən intensiv təsərrüfat fəaliyyəti aparılan ərazilərdə və iri şəhərlərin ərazisində yaranır. Onun meydana çıxması ətraf mühitə aktiv antropogen təsirin artması ilə əlaqədardır ki, bunun nəticəsində yeni təbii proseslər meydana çıxır.

 

Kimyəvi fəlakətlər

Böyük miqdarda kimyəvi və radioaktiv maddlərin ətraf mühitə çıxması ilə müşaiyət olunan texnogen qəzalar və fəlakətlər ekologiyanın dağıdılması baxımından çox böyük təhlükədir.

Kimyəvi qəzalar çox təhlükəli ola bilərlər. Kimyəvi cəhətdən təhlükəli olan obyektlərdə texnoloji proseslərin pozulması, boruların, anbarların, nəqliyyat vasitələrinin zədələnməsi sonu atmosferə, suya və torpağa çox miqdarda kimyəvi baxımdan təhlükəli maddələrin çıxıb yayılması baş verə bilər. Bu da ətraf mühitin, insanların, heyvanların və bitkilərin zəhərlənməsinə gətirib çıxardır. Belə olanda kimyəvi zəhərlənmə sahələri yaranır.

Qəza baş verdikdə, kimyəvi maddələri saxlayan həcmlərdən atmosferə böyük tezliklə zəhərləndiricilərin çıxması sonu ilkin bulud yaranır. İkinci bulud isə dağılmış kimyəvi maddələrin həmin yerdən buxarlanması sonu yaranır.

Ən böyük kimyəvi qəza Hindisnatın Bhopal şəhərində 1984-cü ildə baş vermişdir. Orada “Union Karbide” adlı Amerika şirkətinin müəssisələrinin birində baş vermiş qəza sonu atmosferə onminlərlə ton metilizosiant adlı çox zəhərli maddə atmosferə səzmışdır. Qəzanın ikl saatlarında çoxlu adam ölmüş, minlərlə insan isə kor olmuşdur. Ölənlərin toplu sayı 2 mini aşmışdır. Şəhər əhalisinin 25%-ı zərər çəkmişdir.

Bunun kimi bir çox qəzalar fərqli olsalar da, onların bənzər özəllikləri də vardır. Onların hamısı nəzarətdən çıxmış olaylar olaraq insan qırğını, ətraf mühitin zəhərlənməsi , böyük iqtisadi ziyanla sonuclanmışdırlar.

 

Nüvə Elektrik stansiyalarında (NES) qəzalar

Bunlardan ən böyüyü 1986-cı ildə Ukrainanın Çernobıl şəhərindəki NES-da baş vermişdir. Orada partlayış olmuş, nüvə reakoru dağılmış, ətraf mühitə ços sayda radioaktiv maddələr tullanmışdır. Qəzanın ortalıqdan qaldırılmasına 600 mindən çox adam qatılmışdır.

Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var, çünki o zaman ölkəmiz Sovetlər Birliyinin tərkibində idi. Bundan başqa, NES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

Daha bir ağır texnogen faciə 2011-ci ildə Yaponiyanın Fukusima NES-da zəlzələ və ondan sonra sunaminin baş verməsindən sonra olmuşdur. Sonucda ətraf mühit zəhərlənmiş, çoxlu sayda insan ölmüşdür. 146 min əhali öz yurdlarından köçürülmüşdür. Radiasiya hava, dəniz və torpağa sızmışdır. Onun əlamətləri hətta stansiyadan uzaqlarda da özünü göstərməkdədir, yeyinti məhsulları və sular da radiasiyaya məruz qalmış, zəhərlənmişdirlər. İqtisadi itkilər 74 milliardı açmışdır.

Cənubi Qafqazda da atom faciəsi təhlükəsi vardır. Bu da Erməsistanın Metsamor NES-dır. O sovetlər dönəmində qurulmuş, avadanlığa köhnəlmiş bir obyektdir. Orada qəzanın baş verməsi ehtimalı çox böyükdür. “Metzamor” AES-i təkcə Cənubi Qafqaz bölgəsi deyil, daha böyük ərazilər üçün təhlükə mənbəyidir. Burada baş verə biləcək qəza daha geniş əraziyə təsir edəcək. Belə olarsa Azərbaycan üçün də bu stansiya təhlükə mənbəyidir. Azərbaycan höküməti beynalxalq təşkilatlara bu təhlükə haqqında dəfələrlə xəbər verib, bu gündə onun bağlanmasını tələb edir.

Azərbaycanda da AES tikilməsi layihəsi var və artıq bu yöndə işlər gedir. Onun yerləşdiyi yer Şirvan şəhəri yaxınlığındakı Navahı bölgəsindədir. Stansiyanın tikilməsi elektrik enerjisinə ölkəmizdəki artan tələbatdır. Bununla belə, dünyada baş verən qəzalar nəzərə alınmalı, belə layihənin məqsədə uyğun olub-olmaması problemi çözülməlidir.

 

Savaşların dünya ekologiyasına təsiri

Çeşidli savaşlar və qarşıdurmalar təbiətə çox ağır zərbələr vurur. Bunlar müharibələr, terror, sosial partlayış, siyasi qarşıdurmalar kimi olaylardır. Buna örnəklərin biri İran-İraq savaşı zamana neft mədənlərinin birində baş verən partlayış olmuşdur. Sonda, İran körfəzi sularına çox sayda neft axıdırmış, ekologiyaya ziyan vurulmuşdur. Daha bir örnək Çeçenstanda gedən döyüşlərdir. O zaman sənaye obyektlərinin, yolların, nəqliyyat kəmərlərinin, həyatı təmin edən sistemlərin dağıdılması sonu Çimali Qafqaz bölgəsində ekoloji durum ox gərgin olmuşdur.

Vyetnamda gedən savaşlar zamanı amerikan uçaqları 22 million litr zəhərli defoliantları böyük ərazilərə səpələmişdirlər. Bunun sonu minlərlə kvadrat kilometr meşələr məhv olmuş, onminlərlə insan ölmüşdür. Hər bir savaş təkcə insanlığa deyil, həmdə ekoloji duruma qarşıdır, çunki ekoloji cəhətdən təmiz silah yoxdur, ola da bilməz. Atom bombardmanı baş verərsə ətraf mühitin qlobal dağıdılması və insan sivilizasiyasının məhv olması baş verə bilər. İnsan tarixinsə belə bombardmamı 2-ci dünya savaşı zamanı amerikanlar Yaponiyanın Xirosima və Naqasaki şəhərində etmişdirlər. Ətraf mühit zəhərlənmiş, minlərlə insan ölmüş ya da şikəst olmuşdur. O bombardmanın fəsadları bu gün də özünü göstərməkdədir.

Hərbi-sənaye kompleksi savaş olmasa belə ekoloji gərginlik yaradır. Çünki hərbi sursatlar, kimyəvi, bakterioloji, atom silahları ambarlarında, eləcə də atom sualtı qayıqlarında hər zaman qəza baş verə bilər bu da ekologiyanın dağıdılması deməkdir. Hərbi qarşıdurmalar kəsiləndən sonra da ərazilərdə çoxlu basdırılmış minalar qalır. Onlar da insan və başqa canlılar üçün təhlükədir. Kimyəvi və attom silahlarında imtina edilsə belə, onların necə məhv edilməsi problemi yaranır. Buna görə də hərbi obyektlərin üzərində ekolojinəzarət olmalıdır, ekoloji monitorinqlər keçirilməlidir.

 

Nəqliyyatda və neft-qaz mədənlərində qəzalar və onların planetin ekologiyasına təsiri

Fövqəladə qəzalar arasında texnogen fəlakətlərin ortaq payı 15-20% civarındadır. Bunlar daha çox magistral boru kəmərlərində, dəmiryolu nəqliyyatında, çeşidli mədənlərdə olan qəzalardır. Son 10 il ərzində dünyada belə olayların sayı təkcə neft kəmərlərində 20 mini ötmüşdür. Bunun sonu olaraq millionlarla ton neft israf olmuş, torpaqlar yayarsız olmuş, hava yanğınlar üzündən çirklənmişdir. Dəmiryolu nəqliyyatında qəzaların sayı çoxalmaqdadır. Demək olar, gündə bütün dünyada 8-15 bu kimi qəzalar baş verir. Ən təhlükəlisi də, neft, kimyəvi maddələrlə dolu olan vaqonlardakı qəzalardır. Sənaye və nəqliyyatda qəzaların baş vermə səbəbi avadanlıqların kohnəlməsi, işçilərin işlərinə biganə yanaşması, təhlükənin qarşısını alan avadanlıqların olmaması, istehsalın çağdaş normalara uyğun olmaması, qananların olmaması və bu kimi başqa amillərdir. Ümumiyyətlə nəqliyyatda və sənayedə baş verən qəza və fəlakətlər ətraf mühit üçün və insan sağlamlığı üçün təhlükəlidir. Bunların sonu hətta bərpa oluna bilməyən ekologiyanın dağılması baş verə bilər.

 

Son 20 ilin ən böyük neft qəzaları

Birincisi 1990-cı ildə Küveytdə baş verəndir. O zaman İraqla beynalxalq güclər arasında savaş gedirdi. Onların hücumunun qarşısını almaq üçün iraqlılar dənizə neft tökmüşdürlər ki düşmən desantının sahilə çıxa bilməsin. Bunun sonu dənizə 1,5 million ton axıdılmışdır, 1,5 kv km ərazi zibillənmiş, sahilin 600 km neft içində idi. Bu kimi olayın qarşısını almaq üçün Amerika təyyarələri bir çox neft mədənlərini bombalamış, bunun sonu yanğınlar baş vermişdir.

1997-ci ildə rus gəmisi “Naxodka” Çinlə Kamçatka yarımadası arasında batmış, ondan 19 min ton neft suya axıdılmışdır. Bunun sonu 50 kv km su ləkəsi yaranmışdır.

1998-ci ildə Liberiya gəmisi olan “Pallas”dan Danimarka yaxınlıqlarında çox miqdarda neft suya axmış və yanğın baş vermişdir. Almaniya, Danimarka, Hollandiya sahilləri neftə boyanmışdır.

2000-ci ildə Braziliyada Rio de Janeyro şərəri yaxınlığında neft kəmərindəki qəza sonu, okeana 1, 3 ton neft dağlmışdır. Bu ərazidə buna bənzər daha bir qəza 9 il sonra baş vermişdir. 2002-ci ildə İspaniya gəmisi “Prestij” qəzaya uğramış, dənizə 90 min ton neft axıdılmışdır.

Pakistan sahilləri yanında 2003-cü ildə “Tasman Spirit” gəmisinin qəzaya uğraması sonu okeana 55 min ton neft tökülmüşdür. Suda neft ləkəsinin diametri 40 kv km qədər olmuş, çoxlu dəniz heyvanları, balığlar və quşlar ölmüşdür.

2006-cı ildə Filippin gəmisinin qəzaya uğraması sonu sahillərin 300 km neftə bürünmüş, 500 hektar meşələr, balıq, heyvanlar məhv olmuşdur. 15000 insan bunun sonu zərər çəkmişdir.

2007-ci ildə Rusiyanın gəmisinin Kerç boğazında qəzaya uğraması sonu 2000 ton mazut dənizə tökülmüşdır. Bunun sonu 30000 quş ölmüşdür.

Həmən ildə cənubi Koreyanın Tenan limanında qəza sonu 15 min ton neft suya tökülmüşdür. O zaman limanda duran gəmini orada işləyən kran deşmişdir. 2009-cu ildə Rusiyanın Samara vilayətində baş vermiş gəmi qəzası sonu Volqa çayına 3 ton mazut tökülmüş, suda neft ləkəsinin uzunluğu uzununa 12, eninə 35 km çatmışdır.

2010-cu ilnə Meksika körfəzində BP-nin dəniz mədənində baş verən qəza sonu onminlərlə ton neft suya tökülmüş, təbiətə, eləcə də ABD ilə Meksika iqtisatittətinə böyük ziyan vurulmuşdur. Bu ən böyük qəza olmuşdur.

 

Xəzər dənizində neft qəzaları

1983-cü ildə “Azərbaycanın 60 illiyi” adlı suüztü buruq Xəzərin çərqində suya batmışdır. Qazaxstanlı tədqiqatçıların bilgisinə görə bu günə kimi orada 187 ton dizel yanacağı və 29 ton maşın yağı qalmaqdadır. Bundan başqa, orada başqa kimyəvi maddələr də vardır. Onların hamısı sudan çıxarılmasa, gec-tez Xəzərin çərq sahilləri zəhərlənmiş olacaq. Monitorinqlər zamanı bilinib ki, artıq onlar az miqdarda suya sızmağa başlayıb.

1985 ildə Qazaxstanın “Tengiz” yataqlarının neft-qaz ehtiyatlarının kəşfi zamanı 1167 m dərinlitində qəza baş vermişdir. Bunun sonu yer üzünə və suya neft və qaz axını baş vermişdir. Bundan başqa həm də böyük yanğın olmuşdur Odun hündürlüyü 300 m, eni isə 50 m qədər çatırdı. Orada temperatur 15000C qədər yüksəlmişdir. Odu 1 il ərzində söndürə bilmirdilər. Yanğını söndürmək üçün Sovetlər Birliyinin bütün gücləri cəlb olunmuşdur. O zaman insanlar da ölmüşdür. Sonda yeraltı nüvə partlayışı ilə yanğın söndürüldü. “Tengiz” qəzası zamanı havaya və suya 3,4 ton neft, 1,7 milliard kub metr qaz, 850 ton merkaptan, 900 ton his çıxmış və tökülmüşdür. Qazaxstanın Atırau vilayətində xəstəliklərin sayı xeyli artmışdır.

Daha bir qəza 2004-cü ildə baş vermişdir. Qazaxıstan nefti ilə dolu "Merkuri-2" adlı Azərbaycan bərəsi batmışdır və indiyə qədər suyun 300 m dərinliyində qalmaqdadır. Bərənin anbarında 1000 tona yaxın neft vardır və hər il ərzində dəniz suyu onun metalını aşılayır. Beləliklə bir gün aşılama tamamlanacaq və neft dənizə sızacaqdır. Xəzərin kiçik və bağlı su hövzəsi olmasına görə, bu baş verərsə, fəlakətin miqyası Meksika körfəzindəki fəlakətə bərabər ola bilər. Bu günə kimi o bərəni sudan çıxarmaq cəhdləri uğursuz olmuşdur.Radioaktiv maddələrin yayılması deməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR