Dərc edildi: Baxış sayı: 460
Texniki problemə görə millimizin futbolçusu Uelslə oyunu buraxacaq
İspaniyanın “Albasete” klubundan Azərbaycan milli komandasına dəvət olunmuş Eddi İsrafilov Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyununda iştirak edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, onun əvəzinə millinin heyətinə “Zirə” klubundan Elvin Camalov çağırılıb.
İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada “Albasete” klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.
Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib. Eddi İsrafilov millimizin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət