Slimfit
  1. TƏHSİL VƏ KARYERA

“Testi ləğv eləsək, bir 30 il də bu məsələlər müzakirə obyektinə çevriləcək” - Nadir İsrafilov

“Testi ləğv eləsək, bir 30 il də bu məsələlər müzakirə obyektinə çevriləcək” - Nadir İsrafilov
Sakura

“Testi ləğv eləsək, bir 30 il də bu məsələlər müzakirə obyektinə çevriləcək” - Nadir İsrafilov

Son günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumtəhsil müəssisələrinin məzunları üçün keçirilən buraxılış imtahanları abituriyentlər və repetitorlar tərəfindən böyük narazılıqla qarşılanır. Həm abituriyentlər və müəllimlər imtahan suallarının həddindən artıq qəliz olmasından şikayətləniblər.

Böyük əksəriyyətin narazı olduğu məqam mətndə bəzi faktların tapılması, müqayisəsi və cavab kartına köçürülməsi üçün verilən vaxtın yetərsiz olduğudur. Şagirdlərin fikrincə, publisistik mətnin abzasları arasında rabitəsizlik mətni qavramaqda çətinlik yaradıb. Mütəxəssislərə görə, bu çatşmazlıqlar və vaxtın bitmə əndişəsi onsuz da gərgin olan bir şagirdə əlavə stress gətirir, yaza biləcəyi suallarda səhvlər etmiş olur.

Ens.Az-ın məlumatına əsasən,mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov dedi ki, bu məsələ ilə bağlı birmənalı danışmaq mümkün deyil.

Onun sözlərinə görə, neçə illərdir bu proses davam edir:

"Təsəvvür edin ki, TQDK yaranandan, sonra DİM-ə çevriləndən, bu məsələ müzakirə obyektidir. Hərə bir cür yanaşır. Dövlət İmtahan Mərkəzi öz arqumentlərini gətirir və izah etməyə çalışır ki, bu suallar hamısı qanunauyğun salınıb. İndi kimlərsə izah edir ki, burada dərsliyə düşməyən tədris planından fərqli suallar salınır, ona görə uşaqlar çətinlik çəkirlər. Dövlət İmtahan Mərkəzi öz cavabında əsaslandırır ki, burada tədris planından kənar heç bir sual salınmayıb. Əlbəttə, bir məsələ də var ki, “od olmayan yerdən tüstü çıxmaz". Dövlət İmtahan Mərkəzi dəfələrlə o testlərdə gedən səhv, anlaşılmazlıq olanda bunu rəsmi etiraf eləyiblər. Bir də ki, hər hansı bir problemlə bağlı Dövlət İmtahan Mərkəzinin Apellyasiya Komissiyası var. Mən dəfələrlə o apellyasiya komissiyalarının işində oranın İctimai Nəzarət Şurasının üzvü kimi iştirak eləmişəm. Dövlət İmtahan Mərkəzini müdafiə eləmək fikrində deyiləm. Amma istənilən məsələni, problemi apellyasiya vasitəsilə həll eləmək olur. Əgər orada sual düzgün qoyulmayıbsa, anlaşılmazlıq varsa, vətəndaş müvafiq apellyasiya verir və orada Apellyasiya Komissiyası bu məsələyə baxır və şikayətlər qəbul olunub, öz nəticəsini verib. İndi "Ali təhsil haqqında" qanunla bağlı Milli Məclisdə müzakirələr gedir. Burada Dövlət İmtahan Mərkəzinin də ünvanına xeyli iradlar bildirilib. Hətta testin ləğv olunması, ümumiyyətlə, qəbul qaydalarının formatının dəyişdirilməsi və sairlə bağlı məsələlər hardasa 600-ə qədər orada təkliflər verilib".

Nadir İsrafilov hesab edir ki, bütün bu deyilənlər, nöqsanlar heç də testin ləğv olunmasına əsas vermir.

"Çünki islahat proqramında da birmənalı şəkildə göstərilib ki, uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yoli ilə təhsildə məzmun və formaca yeniliklər aparılmalıdır. Təsəvvür edin ki, testə keçəndə biz nə qədər problem yaşadıq, uşaqların ora adaptasiya olunana qədərki problem. Testi ləğv eləsək, bir 30 il də bu məsələlər müzakirə obyektinə çevriləcək. Əlbəttə ki, iş olan yerdə nöqsan da olur. Şübhəsiz ki, o deyilənlərdə həqiqət də var. Hər halda imkan daxilində Dövlət İmtahan Komitəsi hələ ki, o şəffaflığı, obyektivliyi saxlayan bir qurum kimi çoxlarının yaddaşında qalır. Hansısa bir sualda çətinlik var deyə komissiyanı aşağılamaq düzgün mövqe deyil. Attestat almamış imtahanların mart ayında keçirilməsi kimi bu cür söhbətlər olub, olacaq. Ona görə də mən hesab edirəm ki, bu son qanun layihəsi bu məsələlərə çox böyük impuls verdi. Bunu artıq Milli Məclis Elm və Təhsil Nazirliyi ilə birgə müzakirə aparır" -  deyə ekspert qeyd etdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR