Slimfit
  1. CƏMİYYƏT

“Test nəticəsi neqativ olan bu şəxslər də koronavirusu yaya bilər” - Cəlal İsayev

“Test nəticəsi neqativ olan bu şəxslər də koronavirusu yaya bilər” - Cəlal İsayev
Sakura

“Test nəticəsi neqativ olan bu şəxslər də koronavirusu yaya bilər” - Cəlal İsayev

"Test nəticəsi neqativ olan, amma ağciyərlərdə buzlu şüşə effekti yaranan şəxslərin yoluxdurma ehtimalı var."

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real İntervyu"nun qonağı olarkən bildirib.

Cəlal İsayev qeyd edib ki, bu şəxslər də Covid-19 xəstələri kimi ətrafdakılar üçün təhlükəli hesab olunur: "Bu şəxslər ev şəraitində izolyasiya oluna bilməz. Buzlu şüşə sindromu varsa, onlar mütləq xəstəxana şəraitində müşahidə altında olmalıdırlar. Ev şəraitində izolyasiya olunanlar yüngül, buzlu şüşə simptomu olmayan xəstələrdir".

"Test hallarının neqativ çıxması müəyyən hallarda mümkündür. Test nəticəsinin neqativ çıxmasının müxtəlif səbəbləri var. Birincisi, ola bilər ki, test üçün material düzgün götürülməyib. İkincisi də, ola bilər xəstədən test gec götürülüb. Nəticədə proses daha aşağı şöbələrdə yayılır - ağciyərdə buzlu şüşə effekti yayılmış olur. Bu zaman yuxarı şöbələrdə virusun aşkarlanması az hallarda olur. Amma bununla bərabər buzlu şüşə simptomu müsbət olur və xəstədə kliniki əlamətlər aşkarlanır. Adətən belə xəstələr Covid-19 xəstələri kimi müalicə olunur, müşahidəyə götürülür, təcrid olunur",- deyə Cəlal İsayev  bildirib.

Cəlal İsayev vurğulayıb ki, xəstədə buzlu şüşə sindromu varsa və digər əlamətlər mövcuddursa bu zaman tənəffüs darlığı yaranır.: "Belə xəstələr mütləq müşahidə altına alınıb müalicə olunmalıdır. Covid-19-un müalicəsində istifadə olunan preparatlar burada da tətbiq olunur".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR