Slimfit
  1. İQTİSADİYYAT

“Tesla”ya Avropada ilk müəssisəsini tikmək icazəsi verildi

“Tesla”ya Avropada ilk müəssisəsini tikmək icazəsi verildi
Sakura

“Tesla”ya Avropada ilk müəssisəsini tikmək icazəsi verildi

Berlin məhkəməsi “Tesla” şirkətinin Avropadakı ilk müəssisəsinin tikilməsinə qarşı çıxan ekoloji hərəkatın iddiasını qəbul etməyib.

Report” xarici KİV-ə istinadən xəbər verir ki, müəssisənin tikintisi üçün 91 hektar meşə sahəsinin qırılacağından narahat olan Brandenburq Yaşıllar Liqası, Bavariyada Landşaft İdarəçiliyi və Cinslərin Mühafizəsi Asosiasiyası Berlin və Brandenburq Ali İnzibati Məhkəməsində iddia qaldırıb. Lakin məhkəmə bu iddianı rədd edərək “Tesla”nın “müəssisənin inşasına tezliklə başlamaq üçün hüquqi tələbləri”ni lazımınca əsaslandırdığını, bu qətnamənin qəti olduğunu və şikayət edilməyəcəyini bildirib.

Qeyd edək ki, “Tesla” rəhbəri İlon Mask tərəfindən hələ ötən ilin noyabr ayında tikiləcəyi elan olunmuş “Gigafactory4” müəssisəsinə 4,4 milyard avroluq sərmayə qoymaq nəzərdə tutulur. Müəssisədə ildə 150 minədək elektrik avtomobil istehsal olunacaq. Bu, şirkətin bütövlükdə sayca dördüncü, ABŞ hüdudlarından kənarda isə ikinci müəssisəsi olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR