Teslanın investorları İlona Maskı məhkəməyə verib
Bir neçə sərmayəçi İlona Maskın Tesla səhmdarlarından səhmləri almağı planlaşdırdığı üçün və özəl şirkətə çevrilməsi ilə bağlı son sensasiyalı bəyanatına görə məhkəməyə verib.
Tesla’nın özəl şirkət ola biləcəyi bəyanatı şirkətin səhm qiymətində kəskin yüksəlişə gətirib çıxardı. Maskın bəyanatının yayımlanmasından bir neçə saat sonra Tesla səhmləri 11% artaraq, hər bir səhm demək olar ki 380 dollardan satılıb.
Fond birjasında azaldılma üzərindən oynayan sərmayəçilər, Maskın Tesla’nın özəlləşdirilməsi haqqında bəyanət yaydığından ötəri böyük itkilərə məruz qaldıqlarını dedilər, bu milyonlarla dollardır. İndi onlar Maskı investorları yanıltığına görə ittiham edirlər.
Müraciət edənlərdən biri olan Kalman Ayzeks, İlon Maskanın fondda azaldılmaları oynayan «ayı» investorlardan tamamiylə qurtulmaq istədiyini iddia edib. Digər müraciətçi William Camberline isə, İlon Maskın, federal qanunları pozduğunu və Tesla’nın səhmlərinin dəyərində süni artım əldə etdiyini düşünür.
İlon Mask ona qarşı irəli sürülən ittihamları və məhkəməyə verilməsiylə bağlı məlumatları şərh etməyib.
Mənbə: Bizplus.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət