Slimfit
  1. AVTO VƏ MOTO

“Tesla”nın Avropadakı ilk müəssisəsinə nə qədər pul qoyacağı açıqlanıb

“Tesla”nın Avropadakı ilk müəssisəsinə nə qədər pul qoyacağı açıqlanıb
Sakura

“Tesla”nın Avropadakı ilk müəssisəsinə nə qədər pul qoyacağı açıqlanıb

ABŞ-ın “Tesla” şirkəti Berlində tikiləcək Avropadakı ilk müəssisəsinə 4,4 milyard avro yatırmaq niyyətindədir.

Report” “Bild am Sontag”a istinadən xəbər verir ki, yeni müəssisədə ildə 150 minədək elektromobil, habelə akkumulyatorlar istehsal olunacaq. Müəssisədə ilkin olaraq 3 min, sonradan 7 minədək işçi çalışacaq.

Qeyd edək ki, “Tesla”nın sahibi Elon Mask ötən həftə “Bild am Sontag” və “Auto Bild” nəşrlərinin himayəsilə keçirilən illik “Qızıl sükan” müsabiqəsi mükafatlarının təqdimat mərasimində Avropada ilk istehsalat müəssisələrinin tikiləcəyini açıqlamışdı. “Twitter”dəki səhifəsində iş adamı həmçinin Berlində şirkətin layihə konstruktor bürosunun da yaradılacağını bildirib.

Onu da qeyd edək ki, Berlin müəssisəsi “Tesla”nın sayca dördüncü, xarici ölkələrdə isə Şanxaydakı üçüncü müəssisəsədən sonra ikinci müəssisəsi olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR