Slimfit
  1. MARAQLI

Tesla, LinkedIn kimi böyük şirkətlər öz işçisini necə seçir?

Tesla, LinkedIn kimi böyük şirkətlər öz işçisini necə seçir?
Sakura

Tesla, LinkedIn kimi böyük şirkətlər öz işçisini necə seçir?

Heç kimə sirr deyil ki, işə müraciət edərkən ilk növbədə iş təcrübəsi çox olan şəxslərə üstünlük verilir. Ona görə də bir çox tanınmış texnologiya şirkətləri,TeslaLinkedIn və Accenture, işçi seçimində onların CV-nə nəzər yetirmək üçün süni intellekt və neyro elmi vasitələrdən istifadə edir.

Avtomobil istehsalçısı Elon Maskın LinkedIn və konsaltinq şirkəti olanAccenture-də professional əlaqələri var, hansı ki, onlar işçi seçimində Pymetricsstartapının təklif etdiyi texnologiyadan yararlanırlar. Bu texnologiya işçinin produktivliyini yoxlamaqla bərabər onun problem həll etmə bacarığını da ortaya çıxarır. Beləki, işçi 30 dəqiqə ərzində bir neçə hissədən təşkil olunmuş oyun oynayır və bu zaman o, qarşısına çıxan problemləri həll edir. Oyun vasitəsilə işə götürən tərəf işçinin onun alqoritmi necə qavradığını və eyni zamanda problemlərlə necə başa çıxdığını ortaya çıxarır.

Namizədin daha əvvəlki iş təcrübəsi o qədər də böyük rol oynamır deyə Nosonstartapının yaradıcısı Pat Murray bildirib. “Namizədi dəyərləndirərkən onun idarə etməsi və bacarığı bizim üçün vacib rol oynayır. Məsələn, bu birinin ac olanda yemək yeməsi üçün bütün vasitələri gözdən keçirmək kimi bir şeydir. Bunun dəyəri yoxdur." –deyə o, bildirib.

Əsas etibarilə Murray işçinin problemə yalnız bir deyil, bir neçə həll yoluyla yanaşmasını vurğulayır.

Bu mövzuda bütün şirkətlərin özünəməxsus seçim üsulu mövcuddur. Məsələn, CSC Generation şirkəti özünə işçi seçərkən bir qədər fərqli yanaşır və əsas etibarilə kreativliyini və tənqidi təfəkkür bacarıqlarını test vasitəsilə yoxlayır. Bundan əlavə namizədə ailəsi, həyatının çətin zamanlarında dünyaya baxışı, onun təhsilinə dəstək olan şəxs və s. haqda maraqlı suallar verilir. Bu yolla şirkətlər həqiqətən işləmək həvəsi və istəyi olan insanları ortaya çıxarır və onların şirkətə verəcəyi dəstəyi qiymətləndirirlər.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR