Slimfit
  1. MƏDƏNİYYƏT

"Terzi" ilə anlaşıldı: "Netfliks" serialı bərpa etdi

"Terzi" ilə anlaşıldı: "Netfliks" serialı bərpa etdi
Sakura

"Terzi" ilə anlaşıldı: "Netfliks" serialı bərpa etdi

“Terzi” serialında Cahangir Cahangirovun “Füzuli” kantatasının Şövkət Ələkbərovanın səsləndirdiyi ifa bərpa olunub.

Kult.az xəbər verir ki, filmin titrlərində Məhəmməd Füzuli, Cahangir Cahangirov və Şövkət Ələkbərovanın adları qeyd olunub.

Bundan başqa, serialın yayımı "Netfliks" platformasında da bərpa edilib.

Qeyd edək ki, Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun “Füzuli” kantatasının “Terzi” serialında səsləndirilməsinə görə Azərbaycanın “Mikpro” şirkətinin şikayəti əsasında əsərin səsləndiyi seriyalar “Neftliks”dən silinmişdi.

"Teleqraf" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camal musiqinin misilsiz təbliğat olduğunu nəzərə alaraq, güzəştə gedilməsi gərəkdiyini təklif etmiş və bu seriyaların “Neftliks”dən silinməsinə qarşı olduğunu bildirmişdi.

Azərbaycanlı sənətçilər isə kantatanın icazəsiz istifadə edildiyi seriyaların “Neftliks”dən silinməsini dəstəkləmişdilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR