Slimfit
  1. AZƏRBAYCAN

Tərtərin 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır

Tərtərin 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır
Sakura

Tərtərin 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır

Tərtər rayonunun 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Tərtər rayonunda icra olunan layihə 5 minədək sakinin yaşadığı Mamırlı, Poladlı, Təzəkənd və Evoğlu kəndlərini əhatə edir.

 

Cəbhə bölgəsinə yaxın ərazidə yerləşən bu kəndlərin sakinləri uzun illər içməli su qıtlığından əziyyət çəkib. Sakinlər içməli suya olan tələbatlarını əsasən daşıma yolu ilə, eləcə də quyu sularından istifadə etməklə ödəyirdilər. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC tərəfindən bu kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihə hazırlanıb və cari ilin iyun ayından tikinti-quraşdırma işlərinə başlanılıb.

Layihəyə əsasən, sakinləri içməli su ilə təmin etmək üçün hər kənddə 1 subartezian quyusu olmaqla 4 quyunun qazılması nəzərdə tutulub. Eyni zamanda kəndlərdə 22 km uzunluğunda magistral su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 106 ədəd su bulağının tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində bu kəndlərdə 2 subartezian quyusu qazılıb, 18 km su xətti çəkilib, 90 ədəd bulaq quraşdırılıb. Artıq Mamırlı və Poladlı kəndlərində layihənin icrası yekunlaşıb, digər kəndlərdə yeni infrastrukturun yaradılması işləri cari ilin sentyabr ayının sonunda tam başa çatdırılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR