Slimfit
  1. AZƏRBAYCAN

Tərtərin 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır

Tərtərin 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır
Sakura

Tərtərin 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq cəbhəyanı bölgədə yerləşən Tərtər rayonunun 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə 5 minədək sakinin yaşadığı Mamırlı, Poladlı, Təzəkənd və Evoğlu kəndlərini əhatə edir. “Azərsu” ASC tərəfindən bu kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihə hazırlanıb və cari ilin iyun ayından tikinti-quraşdırma işlərinə başlanılıb.

Layihəyə əsasən, sakinləri içməli su ilə təmin etmək üçün hər kənddə bir subartezian quyusu olmaqla 4 quyunun qazılması nəzərdə tutulub. Eyni zamanda, kəndlərdə 22 kilometr uzunluğunda magistral su xətlərinin, əhalinin ümumi istifadəsi üçün 106 ədəd su bulağının tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində bu kəndlərdə 2 subartezian quyusu qazılıb, 18 kilometr su xətti çəkilib, 90 ədəd bulaq quraşdırılıb. Artıq Mamırlı və Poladlı kəndlərində layihənin icrası yekunlaşıb, digər kəndlərdə yeni infrastrukturun yaradılması işləri cari ilin sentyabr ayının sonunda tam başa çatdırılacaq.

Qeyd edək ki, müvafiq Sərəncama əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələrinin icrası nəzərdə tutulur. Eyni zamanda, dövlət investisiya layihələri çərçivəsində 8 rayonunun 16 yaşayış məntəqəsində su layihələri icra edilir. Ümumilikdə cari ildə 21 rayonun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq. Artıq 10-a yaxın kənddə layihələrin icrası başa çatıb və 15 minədək kənd sakininin içməli su problemi həllini tapıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR