Dərc edildi: Baxış sayı: 309
Tərtərdə daha bir şəxs minaya düşdü
Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır.
Ens.Az-ın məlumatına əsasən,Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 5-də saat 11 radələrində Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət