Tərtər rayonunun ümumi təhsil məktəblərinə 43 nəfər müəllim işə qəbul olunub
Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində Tərtər rayonunun ümumi təhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə 43 müəllim işə qəbul edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatında həmin müəllimlərlə görüş keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənc müəllimləri təbrik edib, onlara məsul və şərəfli işlərində uğurlar diləyib. Müstəqim Məmmədov müəllimlərin qayğıları ilə maraqlanıb, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Gənc müəllimlər göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət