Slimfit
  1. DÜNYA

Terrorçular İran sərhədçilərinə hücum etdi

Terrorçular İran sərhədçilərinə hücum etdi
Sakura

Terrorçular İran sərhədçilərinə hücum etdi

İran Cəkiqur sərhəd məntəqəsində hərbi qulluqçularla silahlı qruplaşma üzvləri arasında qarşıdurma olub.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi məlumat verib.

Məlumata görə, Cəkiqur sərhəd bölgəsində (Sistan və Bəlucistan) sərhədçilər ilə terror qruplaşması arasında baş vermiş silahlı toqquşmada dəstə üzvlərindən biri öldürülüb, 2-si yaralanıb. Bir nəfər isə qaçmağı bacarıb.

“Ərazinin axtarışı zamanı sərhədçilər ətrafdakı qamışlıqların arasından terrorçu qruplaşma üzvünün cəsədi ilə birlikdə üç əl qumbarası və bir kamikadze jileti tapıb”, - o bildirib.

Xatırladaq ki, bu, yanvar ayı ərzində Cəkiqur sərhəd məntəqəsində baş verən ikinci silahlı toqquşmadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR