Slimfit
  1. MƏTBƏX

Tərəvəzlərin bişirilmə qaydaları

Tərəvəzlərin bişirilmə qaydaları
Sakura

Tərəvəzlərin bişirilmə qaydaları

 Öz gündəlik rasionunuza tərəvəz qatmaq hələ hər şey deyil. Siz həm də onları elə hazırlamalısıniz ki, qiymətli qidalandırıcı elementlərinin itkisini minimuma endirəsiniz.

Tərəvəz yeməklərində bizi nə cəlb edir? Hər şeydən əvvəl onların dadı, qoxusu, görünüşü və süfrəyə verilmə metodları. Gündə beş dəfə tərəvəz və meyvə yemək qaydasını yadda saxlamaqla yanaşı aşağıdakı prinsiplərə riayət edərək orqanizmimizə ən yaxşısını verəcəyik:

* Təzə tərəvəzləri alanda çalışın düzgün yetişdirilmiş, yəni möhkəm və dəymiş olanları seçin. Dondurulmuş tərəvəzləri aldıqda isə ona fikir vermək lazımdir ki, onlar tamamilə dondurulmuş, quru və bir-birinə yapışmamış olsun.

* Tərəvəzləri yuyun və qabığını nazik-nazik soyun ki, qidalandırıcı maddələrin əksəriyyəti elə məhz qabığın altında olur.

* Qabığı soyandan sonra tərəvəzləri dərhal təmiz suda yaxalayın, lakin islatmayın, çünki islanma tərəvəzlərin tərkibində olan qiymətli qidalandırıcı maddələri (B və C qrup vitaminləri suda həll olunur) və minerallar dağıdır.

* Yarpaqlı tərəvəzləri yavaşca yuyun, yarpaqları ayırın və suyu dəyişdirin.Tərəvəzləri və yarpaqlarını zədələmədən suyu boşaldın.

* Yuyulmuş, soyulmuş və ya doğranmış tərəvəzləri qaynar duzlu suya və ya buxarda bişirənə qoyaraq dərhal bişirin. Tərəvəzləri bişirmək üçün onların üstünə soyuq su tökmək düzgün deyil.

* Tərkibində karotin olan tərəvəzləri bir az yağ qatıb bişirmək lazımdır, məsələn zeytun yağı. Meyvəköklülər və paxlalar ağzıörtülü bişirilməlidir. Kələm fəsiləsindən olan tərəvəzləri əvvəl açıq tavada, bir neçə dəqiqədən sonra isə ağzıörtülü bişirin.

* Bişirmə vaxtını minimuma endirin. Tərəvəzləri yumşalana qədər yüksək temperaturda bişirin.

* Salatlar üçün tərəvəzləri qabığı ilə bişirin, onları soymamışdan əvvəl soyudun.

* Çiy tərəvəzlərdən hazırlanan salatları son anda, süfrəyə verməkdən əvvəl hazırlayın.

* Doğranılmış tərəvəzlərin hər bir porsiyasını yağ və ya sous ilə qarışdırılm

* Süfrəyə verməmişdən əvvəl tərəvəzlərdən hazırlanmış xörəklərə ədviyyat və otları əlavə edin. Əgər ədviyyatların inqrediyentləri təzədirsə, onları yeməyə əlavə etməzdən bilavasitə əvvəl xırda-xırda doğrayın.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR