Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tərəvəzləri bu məhsulla birlikdə yeyəndə faydası 10 qat artır

Tərəvəzləri bu məhsulla birlikdə yeyəndə faydası 10 qat artır
Sakura

Tərəvəzləri bu məhsulla birlikdə yeyəndə faydası 10 qat artır

Tərəvəzlərin tərkibində olan faydalı maddələr yumurta ilə birlikdə yeyəndə daha yaxşı mənimsənilir.

Belə ki, ən güclü antioksidantlardan biri sayılan karotinoidlərin mənimsənilməsi 9 dəfə (!) artır. Karotinoidlər orqanizmdə A vitamininə çevrilir ki, bu vitamin görməni və immun sistemini gücləndirir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər xüsusi araşdırma zamanı bir qrup insanlara adi tərəvəz salatı, digər qrupa isə bişmiş yumurta əlavə olunmuş salat verirdilər. Məlum olub ki, yumurtanın salatlara əlavə olunması nəticəsində beta-karotin, alfa-karotin, likopin, lyütein və zeaksantin kimi faydalı maddələrin orqanizm tərəfindən mənimsənilməsi xeyli artır.

Nəzərinizə çatdıraq ki, sadaladığımız maddələr orqanizmi bir çox xroniki xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyur, orqanizmin qocalmasını ləngidir.   
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR