Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Terapevtdən xəbərdarlıq: Qrip üçün olan toz dərmanları qarışdırıb içməyin

Terapevtdən xəbərdarlıq: Qrip üçün olan toz dərmanları qarışdırıb içməyin
Sakura

Terapevtdən xəbərdarlıq: Qrip üçün olan toz dərmanları qarışdırıb içməyin

Bütün dünyada qaraciyərin toksiki zədələnməsi üzrə birinci qrup dərmanlar qeyri-steroid iltihabəleyhinə preparatlar hesab olunur. Bunların arasında parasetamol və nimesil ən təsiredici sayılır

Bütün dünyada qaraciyərin toksiki zədələnməsi üzrə birinci qrup dərmanlar qeyri-steroid iltihabəleyhinə preparatlar hesab olunur. Bunların arasında parasetamol və nimesil ən təsiredici sayılır

Xəstələr bu zaman düşünürlər ki, içdikləri bu qarışıq onları sağaldacaq.

Həkim-terapevt Mətanət Cəfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu dərmanların doza həddi aşılsa da, bir neçəsi bir-birinə qarışdırılsa da, heç bir güclü təsirə malik deyil. Bu qrup preparatlar virus və bakteriya əleyhinə heç bir təsir etmir.

Həkim vurğulayır ki, virus və bakteriya orqanizmə düşübsə, immunitetdən asılı olaraq, hansısa bir formada özünü göstərəcək: "Bu preparatların tərkibində parasetamol olduğu üçün qəbul edərkən hərarətin qarşısını alır, ağrıları götürür, iltihab əleyhinə təsir göstərir. Belə preparatlar orqanizmin iltihab əleyhinə çıxan mediatorlarını tormozlayır. Nəticədə orqanizm özü həmin bakteriya, virusla mübarizə apara bilmir, üstəlik onlarla mübarizə üçün tələb olunan maye də bədəndən çıxır".

M.Cəfərova qeyd edib ki, dərmanın təsiri keçəndən sonra isə xəstəlik özünü daha ciddi şəkildə göstərə bilər. Bu qrup dərmanlar böyüklərdə hərarət 38.5 dərəcə C-ni keçərsə, hərarət salıcı kimi istifadə edilə bilər. Ona qədər isə bol maye içərək, bədəndə maye miqdarını artırmaq lazımdır.

Bu dərmanların birlikdə, qarışdırılaraq istifadə edilməsinə gəldikdə isə, həkim bildirib ki, bu, qaraciyər hüceyrəsinin nekrozuna səbəb ola bilər.

Bütün dünyada qaraciyərin toksiki zədələnməsi üzrə birinci qrup dərmanlar qeyri-steroid iltihabəleyhinə preparatlar hesab olunur. Bunların arasında parasetamol və nimesil ən təsiredici sayılır. Bu dərmanların birdən-birə yüksək dozada qəbulu qaraciyərə toksiki təsiri artırır. Bu, eyni zamanda böyrəklərə də mənfi təsir göstərir. Bəzən xəstələr aspirin, analgin alır və bunları da qarışdırıb içirlər.

"Bu, uşaqlarda özünü daha acınacaqlı şəkildə göstərir. Uşaqlara eyni qrupdan olan bir neçə dərman verirlər. Bu isə qaraciyərə zərər verməklə toksiki hepatitə səbəb ola bilər. 3-6 aya qədər olan körpələr, böyrək və qaraciyər çatışmazlığı olanlar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar üçün belə preparatlar çox təhlükəlidir. Nimesulid tərkibli preparatlar çox geniş yayılıb. Bu dərmanlardan 12 yaşına qədər uşaqlar və hamilə qadınlar istifadə edə bilməzlər. Bu, əks göstərişdir. Amma baxırıq ki, bunu vitamin kimi suya qatıb içirlər", - M.Cəfərova xatırladıb.

Terapevt bildirir ki, bu dərmanları qarışdırıb içmək xəstələrə apteklərdə məsləhət görülür: "Bəzən xəstələr müraciət edirlər. Deyirlər ki, biz bu dərmanları qatıb içirik, heç bir faydası olmur. Soruşanda ki, bunu sizə kim məsləhət görüb, aptek satıcılarının məsləhət etdiyini bildirirlər. Vətəndaşlar bilməlidirlər ki, aptekdə xəstələrə hansısa dərmanların məsləhəti qadağandır".






 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR