Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tər qoxusu bu xəstəliklərdən xəbər verir - Həkim rəyi

Tər qoxusu bu xəstəliklərdən xəbər verir - Həkim rəyi
Sakura

Tər qoxusu bu xəstəliklərdən xəbər verir - Həkim rəyi

“Tər qoxusunun qarşısını almaq üçün istifadə edilən antiperspirantlar xərçəng xəstəliyinə səbəb ola bilər”.

Bu sözləri Lent.az-a açıqlamasında terapevt Vəfa Əhmədova deyib.

Onun sözlərinə görə, qoxunun qarşısını almaq üçün tez-tez yuyunmaq kifayət edir:

“Yayda tərləmək normaldır. Gün ərzində işimizlə əlaqədar hərəkətdə oluruq. Bu zaman çox enerji itiririk və orqanizmdə tər ifraz edən hüceyrələrin aktivliyi artır. Havanın temperaturunun yüksək olması isə, tərləmənin bir az da çoxalmasına səbəb olur. Bu vəziyyətin qarşısını tamamilə almaq mümkün deyil.

Hər bir sağlam insanın tərləməsi normaldır. Ancaq bəzən geyindiyimiz libas da bu prosesi sürətləndirir. Yayda günəş işığını özünə çəkən sintetik, dəriyə yapışan, tünd rəngli geyimlər tərləməyə daha da çox səbəb olur.

Məsləhətdir ki,  pambıqdan olan geniş, açıq rəngli paltarlar geyinilsin. Maye qəbuluna da diqqət etmək lazımdır. Soyuq və buzlu suların yerinə ilıq su içməklə tərləməni azalda bilərsiniz”.

V.Əhmədova tərdən yaranan qoxunun qarşısını almaq üçün istifadə edilən vasitələrdən də söz açdı:

“Tər qoxusunun qarşısını almaq üçün istifadə edilən antiperspirantlar limfa vəzinə, xərçəngə səbəb olur. Bu kimyəvi maddələrdən istifadə etməkdənsə,  tez-tez yuyunmaq məsləhətdir.”

Terapevt onu da bildirdi ki, tər qoxusu bəzən də hansısa, xəstəliyin baş verməsindən də xəbər verə bilər. 

“Məsələn, şəkərli diabet, böyrək çatışmazlığı və s. yaranan hər hansı bir xəstəlik zamanı ümmun sistemi pozulur və tər qoxusu kəskin xoşa gəlməz dərəcəyə çatır”- deyə həkim əlavə etdi

Mövzu ilə bağlı internet vasitəsi ilə də araşdırma apardıq.

Əldə etdiyimiz faydalı məlumatları oxuculara təqdim edirik:

1. Əvvəlcə tər qoxusu aparan sabunlardan istifadə etmək olar. Sabun dəridəki qoxu çıxaran bakteriyaları yox edır.

2. Tərləyən nahiyəyə karbonat (soda) və ya qarğıdalı unu tətbiq edə bilərsiniz. İkisi də dəriyə zərər vermədən təri udur. Xüsusilə karbonat bir növ antiseptikdir, qoxunu aradan qaldırıcı təsiri var.

3. Tər qoxusu vərdiş halına gətirdiyiniz yeməklərlə də əlaqəli olur. Məsələn, çox miqdarda sarımsaq, soğan istifadə edən insanların tər qoxusu daha ağır olur. Balıq və yaşıl rəngli qidalar da tərkibində sink olduğu üçün qoxu yarada bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR